Ramazan ayında xüsusi diqqət ediləsi digər əməllər

Ramazan ayında xüsusi diqqət ediləsi digər əməllər 1. Hər gün sədəqə vermək. 2. Oruc tutanlara iftar vermək. 3. Çox istiğfar etmək və Allahdan bağışlanmaq diləmək. 4. Haram işlərdən çəkinmək və günahlardan qorunmaq, xüsusi ilə də ailədə xoş davranmaq, insanları incitməkdən uzaq durmaq, qeybət, yalan, söyüş, töhmət, istehza və dilə aid digər günahları tərk etmək. Riya etməkdən və yaxşı əmələni digərlərinə göstərməkdən çəkinmək. 5. Çox yeməmək. 6. Zərurət olmadan səfərə çıxmamaq. 7. İmsakda dişləri mütləq fırçalamaq. 8. Günorta yatıb istirahət etmək (qeylulə yuxusu). 9. İnsanı zəiflədəcək və orucun pozulmasına səbəb olacaq əməlləri tərk etmək: Gündüz hamama girmək, hicamət etmək, qan vermək, ehtirası təhrik edəcək işlər və sair. 10. İftarı tez etmək, gecikdirməmək və imsakı Sübh azanına daha yaxın vaxtda yemək və namazı iftardan öncə qılmaq daha fəzilətlidir, amma yemək süfrəsində insanı gözləyənlər varsa və ya insanda zəiflik yaranıbsa, öncə iftar etmək yaxşıdır. 11. İnsanları iftar məclislərinə dəvət edənlərə təşəkkür etmək Ramazan ayının ədəbindəndir. Peyğəmbər (s) və imamlarımız (ə) birinin evində iftar etdikdə belə dua edərdilər: “Yeməyiniz oruclara, yaxşı insanlara nəsib olsun, mələklərin salam və salavatı sizə olsun”. 12. Ramazan ayının tək gecələrində və son on gecənin hər birində qüsl etmək. 13. İftarı pak və halal ruzi ilə açmaq, şübhəli yeməklərdən qorunmaq. İftar xurma ilə açılsa, daha yaxşıdır. 14. Bütün fərd gecələrdə (1, 3, 5, 7, …) və son on gecənin (21, 22, 23, 24, … 30) hər birində qüsl etmək.

Bir cavab yazın 0

Your email address will not be published. Required fields are marked *