Bir hədisdə oxuyuruq ki, bir kişi Həzrət Rəsulallahın (s) yanına gəlib dedi: “Ey Rəsulallah (s), mən ailəliyəm, borcum var və dolanışığım çətindir. Mənə bir dua öyrət ki, onu oxumaqla Allah ruzimi artırsın, mən də borcumu qaytarım və ailəmi dolandırım.” Rəsulallah (s) buyurdu: “Ey Allahın bəndəsi, kamil bir dəstəmaz al, sonra iki rəkət namaz qıl. Rüku və səcdələri yaxşı yerinə yetir. Namazdan sonra de:
يَا مَاجِدُ يَا وَاحِدُ يَا كَرِيْمُ اَتَوَجَّهُ اِلَيْكَ بِمُحَمَّدٍ نَبِيِّكَ نَبِىِّ الرَّحْمَةِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهٖ يَا مُحَمَّدُ يَا رَسُوْلَاللّٰهِ اِنِّى اَتَوَجَّهُ بِكَ اِلَى اللّٰهِ رَبِّىْ وَ رَبِّكَ وَ رَبِّ كُلِّ شَيْئٍ وَ اَسْئَلُكَ اللّٰهُمَّ اَنْ تُصَلِّىَ عَلٰى مُحَمَّدٍ وَّ اَهْلِ بَيْتِهِ وَ اَسْئَلُكَ نَفْحَةً كَرِيْمَةً مِنْ نَفَحَاتِكَ وَ فَتْحًا يَّسِيْرًا وَ رِزْقًا وَاسِعًا اَلُمُّ بِهِ شَعَثِىْ وَ اَقْضِىْ بِهِ دَيْنِىْ وَاَسْتَعِيْنُ بِهِ عَلٰى عِيَالِىْ۔
RUZİNİN ARTMASI ÜÇÜN NAMAZ
Oxşar yazılıar
Qurban bayramının əməlləri
Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla…
Zil-həccə ayının ilk ongünlüyündə, oxunan dua
Zil-həccə ayının ilk ongünlüyündə,hər gün aşağıdakı duanın on dəfə oxunmasının savabı çoxdur. Bu dua Əmirəlmöminin Əlidən (ə) nəql olunur: لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ اللَّيَالِي وَ الدُّهُورِ لا إِلَهَ إِلا…