#15
15 Münacat (Xəmsətə Əşər)

15. Zahidlərin münacatı

İmam Zeynəl-Abidin (ə) • Zəburi-Ali-Məhəmməd

Paylaş

Oxunuşu / Transkripsiyası

Bismillahir-Rəhmanir-Rəhim
İlahi əskəntəna darən həfərət ləna hufərə məkriha,
Və əlləqətna bi əydil mənaya fi həbaili ğədrih,
Fə iləykə nəltəciu min məkaidi xudə'iha,
Və bikə nə'təsimu minəl iğtirari bizəxarifi zinətiha.
Fə innəhəl muhlikətu tullabəhəl mutlifətu həllalaha,
Əl məhşuvvətu bil-afatil məşhunətu bin-nəkəbat.
İlahi fəzəhhidna fiha, və səllimna minha bitəvfiqikə və ismətik,
Vən-zə' ənna cəlabibə muxaləfətik,
Və təvəllə umurəna bihusni kifayətik,
Və əvfir məzidəna min sə'əti rəhmətik,
Və əcmil silatina min fəydi məvahibik,
Və əğris fi əf'idətina əşcarə məhəbbətik,
Və ətmim ləna ənvarə mə'rifətik,
Və əziqna həlavətə əfvikə və ləzzətə məğfirətik,
Və əqrir ə'yunəna yəvmə liqaikə bi ruyətik,
Və əxric hubbəd dunya min qulubina,
Kəma fə'əltə bis-salihinə min səfvətik,
Vəl-əbrari min xassətikə birəhmətik,
Ya ərhəmər-rahiminə və ya əkrəməl-əkrəmin.
1 Səhifeyi-Səccadiyyə
مناجات الزَّاهِدين
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِلٰهِيْ اَسْكَنْتَنَا دَارًا حَفَرَتْ لَنَا حُفَرَ مَكْرِهَا،
وَ عَلَّقَتْنَا بِاَيْدِي الْمَنَايَا فِيْ حَبَاۤئِلِ غَدْرِهَ،
فَاِلَيْكَ نَلْتَجِئُ مِنْ مَكَاۤئِدِ خُدَ عِهَا،
وَ بِكَ نَعْتَصِمُ مِنَ الْاِغْتِرَارِ بِزَخَارِفِ زِيْنَتِهَا،
فَاِنَّهَا الْمُهْلِكَةُ طُلاَّبَهَا الْمُتْلِفَةُ حَلاّٰلَهَا،
الْمَحْشُوَّةُ بِالاٰفَاتِ الْمَشْحُوْنَةُ بِالنَّكـَبَاتِ.
اِلٰهِيْ فَزَهِّدْنَا فِيْهَا، وَ سَلِّمْنَا مِنْهَا بِتَوْفِيْقِكَ وَ عِصْمَتِكَ،
وَانْزَعْ عَنَّا جَلَابِيْبَ مُخَالَفَتِكَ، وَ تَوَّلَ اُمُوْرَنَا بِحُسْنِ كـِفَايَتِكَ،
وَ اَوْفِرْ مَزِيْدَنَا مِنْ سَعَةِ رَحْمَتِكَ، وَ اَجْمِلْ صِلَاتِنَا مِنْ فَيْضِ مَوَاهِبِكَ،
وَ اَغْرِسْ فِيْ اَفْئِدَتِنَا اَشْجَارَ مَحَبَّتِكَ، وَ اَتْمِمْ لَنَا اَنْوَارَ مَعْرِفَتِكَ،
وَ اَذِقْنَا حَلَاوَةَ عَفْوِكَ وَ لَذَّةَ مَغْفِرَتِكَ،
وَ اَقْرِرْ اَعْيُنَنَا يَوْمَ لِقَاۤئِكَ بِرُؤْيَتِكَ،
وَ اَخْرِجْ حُبَّ الدُّنْيَا مِنْ قُلُوْبِنَا،
كَمَا فَعَلْتَ بِالصَّالِحِيْنَ مِنْ صَفْوَتِكَ،
وَالْاَبْرَارِ مِنْ خَآصَّتِكَ بِرَحْمَتِكَ،
يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ وَ يَا اَكْرَمَ الْاَكْرَمِيْنَ.
Rəhman və Rəhim Allahın adı ilə. Ey mənim Məbudum! Bizi elə bir evdə yerləşdirmisən ki, bizim üçün məkrli çalalarını qazmış və bizi arzuların əli ilə hiylə iplərindən asmışdır. Odur ki, onun məkrli tədbirlərindən Sənə pənah aparır və onun rəngarəng zinətləri ilə qürrələnməkdən Sənə sığınırıq. Çünki o, onu istəyənləri məhv edər və ona daxil olanları həlak edər; bəla və müsibətlərlə doludur. Ey mənim Məbudum! Bizi o evdə zahid et. Tövfiqin və mühafizənlə bizi o evdə qoru. Sənə itaətsizlik libasını əynimizdən çıxart. Gözəl tədbirinlə (idarə etməyinlə) işlərimizi idarə et. Rəhmətinin genişliyindən bizim payımızı çox et. Firavan bəxşişlərindən bizim hədiyyələrimizi gözəl et. Sənə məhəbbət ağacını qəlbimizdə ək. Mərifətin (Səni tanıma) nurunu bizim üçün kamilləşdir. Güzəştinin şirinliyini və əfvinin ləzzətini bizə dadızdır. Səninlə görüş günündə görüşünlə gözlərimizi aydın et. Dünya məhəbbətini qəlbimizdən çıxart. Necə ki, seçilmişlərinin salehləri və xas bəndələrinin yaxşıları ilə rəftar etmisən, (bizimlə də elə rəftar et). Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi və ey sevimlilərin ən sevimlisi!
Əvvəlki: #14. 14. Zülmə məruz qaldıqda Bütün Dualar ↑ Növbəti: #16. 16. Günahlardan bağışlanma