Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Güloğlan
Arazov Səyyar Güloğlan oğlu 21 iyul 1987-ci ildə Gəncə şəhərində doğulmuşdur. 1994-cü ildə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya daxil olmuşdur. 2003-cü ildə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanı bitimiş, 2003-2006-cı illərdə təhsilini 3 nömrəli Peşə liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) davam etdirmişdir.
2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət etmişdir.
Hərbi xidmətdən qayıtdıqdan sonra sonra «Semsan» şirkətinin armatur əritmə sexində çalışmışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Vətən müharibəsinin başlanması ilə Səyyar Arazov könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən Səyyar Arazov, Murovdağ istiqamətindəki döyüşlərdə yer almışdır. 30 sentyabr 2020-ci il tarixində Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 19 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Ailəli idi. 2 övladı yadigar qalıb.
Azərbayacan Prezidentinin Sərəncamlarına əsasən Səyar Arazov “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Səyar Arazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sadə, kövrək, ailəcanlı, vətənpərvər və mehriban insan olub.
Ata: Arazov Güloğlan Talış oğlu Ana: Arazova Rəsmiyyə Sabir qızı Həyat yoldaşı: İbrahimova Yeganə Yadigar qızı Qızı: Arazova Əminə Səyyar qızı Qızı: Arazov Zəhra Səyyar qızı