Babayev Rəşad İlham
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Babayev Rəşad İlham

Ata adı: İlham

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Babayev Rəşad İlham oğlu 15 mart 1999-cu ildə Gəncə şəhərində doğulmuşdur. 2016-cı ildə Gəncə şəhər 28 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.

2020-ci ilin birinci yarısında hərbi xidmətini başa vurmuşdur.

2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuşdur. O, Xocavənd rayonunun Ağoğlan (Hadrut), Füzuli, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə yer almışdır.

9 noyabr 2020-ci il tarixində Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

21 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Babayev Rəşad İlham oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra),  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqləndiyinə görə” (ölümündən sonra) və  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Babayev Rəşad İlham oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənini, bayrağını sevən, vətənpərvər gənc olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 28 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Babayev İlham Paşa oğlu Ana: Babayeva Rahilə İsa qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər