İmam Həsənin (ə) süfrə haqqında buyurduqlarından:
“Süfrə ilə bağlı on iki məsələ var ki, hər bir müsəlman onları bilməlidir. Bunlardan dördü fərz,”
dördü müstəhəb, dördü isə ədəb qaydasıdır. Fərz olan dörd məsələ bunlardır: Allahı tanımaq, Allahın razılığı, “Bismillah” demək (Allahı xatırlamaq) və “Əlhəmdu lillah” demək (şükür etmək)
Müstəhəb olanlar bunlardır: yeməkdən qabaq əli yumaq, sol tərəfi üstə oturmaq, üç barmaqla yemək və (əllə yeyilərsə) barmağı yalamaq.
Ədəb qaydaları isə bunlardır: öz qabağındakı yeməklərdən yemək, kiçik tikələr götürmək, yaxşı çeynəmək və başqalarının üzünə az baxmaq”,”
Əl-Fəqih c.3 səh 359