SÜFRƏ İLƏ BAĞLI BƏZİ QAYDALAR

Birgə yemək: Peyğəmbərdən (s) gələn bir sıra hədislərdə süfrəyə birgə oturmaq tövsiyə olunmuşdur:

“Allah dərgahında ən sevimli xörək odur ki, ona uzanan əllər çox olsun, Birgə yemək yeyin, dağılışmayın. Çünki xeyir-bərəkət birlikdədir”.

“Sizin ən pisləriniz tək yemək yeyənlərdir””

“Xeyir-bərəkətt üç şeydədir: bir süfrə başında oturmaqda, səhər yeməyi yeməkdə və sıyıq (sulu yemək) yeməkdə”

“Yemək dörd xüsusiyyətə malik olduqda mükəmməlləşir: halal yeməklər yemək, birgə yemək, “Bismillah”la başlamaq və “Əlhəmdu lillah”la bitirmək”:

“Tibb ən-nəbi” 19 və 21.

“Əl-Kafi” c. 2, səh. 292.

“Tibb ən-nəbi” 20.

“Əl-Kafi” c. 6, səh. 273.