Ürəyin təmizliyi etiqad və inancın səhihliyi deməkdir. Ürək təmizdirsə, əməl də təmiz olmalıdır. Çünki “zahiri əməl” və “qəlbi inanc” yerə əkilən toxumun qabığı və özəyinin misalıdır. Əgər qabığı soyub özəyi əksən məhsul verməyəcək və əkinçiyə faydası yoxdur. Əgər özəyi saxlayıb qabığı əksən yenə də faydasızdır.
Buna görə də qəlbdə inam və etiqad varsa, bu, əməl də özünü göstərməlidir və zahiri əməl varsa, bu zahiri əməl ilə birlikdə qəlbi də paklamalısan. Quran-Kərim (Şüəra, 89 / Saffat, 84 / Qaf, 33) Qiyamət günü o kəslərin nicat tapacağını deyir ki, onlar Allahın hüzuruna “sağlam qəlb” ilə gələrlər. Qəlbin sağlam olması üçün isə əməlin də sağlam olması lazımdır və eləcə də əksinə!
Ayətullah Möhsin Qəraətinin çıxışından iqtibas
Ürəyim təmizdir
Oxşar yazılıar
Həyatda ən böyük güc Allaha təslim olmaqdır.
Həyatda ən böyük güc Allaha təslim olmaqdır. Allaha təslim olduqda insanın üzərindəki yük yüngülləşir, qəlbində rahatlıq və dinclik tapır. İman isə ən qaranlıq anlarda belə, insanı xilas edən bir nurdur….
Özündən razı olanlar
Özündən razı olanlar m Həzrət Əli (ə) buyurmuşdur: مَنْ رَضِيَ عَنْ نَفْسِهِ كَثُرَ السَّاخِطُ عَلَيْهِ “Əgər kimsə özündən razı olarsa, ondan narazı olanların sayı da həddən artıq çox olacaq.”[1] Qısa…