İmam Sadiq (ə) buyurdu: Hər cümə axşamı Vaqiə surəsini oxuyan kəsi Allah sevər, və həmçinin onun məhəbbətini xalqında yaşadığı müddətdə bədbəxtlik yoxsulluq görməz, dünyada ona bir ziyan dəyməz. O Əmirəl-mömininə (ə) nisbət bir xususiyyəti vardır ki, başqaları onda şərik deyillər.
İmam Sadiq (ə) buyurdu: Hər kəsin Behiştə və onun necəliyini bilməyə marağı vardırsa, Vaqiə surəsini oxusun. Və hər bir kəsin Cəhənnəm odunun necəliyini bilmək istəyirsə, Loğman surəsini oxumağı gərəkdir.
İmam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs gecə yatmazdan əvvəl Vaqiə surəsini oxuyan kəs, çöhrəsi on dörd gecəlik ay kimi nur saçan halda Allahı dərk edər.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Vaqiə surəsini oxuyan bir kəs qəflət əhlindən olmaz. Məsruqdan rəvayət olunub ki, o belə deyir: Keçmişdəkilərdən, Behişt əhlindən, Cəhənnəm əhlindən, dünya və axirətdən bir xəbər öyrənmək istəyən kəs Vaqiə surəsini oxusun. Rəvayət olunub ki, Osman ibn Əfan, Əbdüllah ibn Məsudun halını yoxlamaq üçün onun yanına gəldi. Lakin Əbdullah ibn Məsud həmin xəstəliklə dünyadan köçdü. Ölümündən qabaq Osman ona deyir: Nədən şikayətin var? O (Əbdullah dedi: Günahlarımdan. Osman dedi: Nə istəyirsən? Əbdullah dedi: Həkim məni xəstələndirdi. Osman dedi: Beytül-maqdan payının verilməsini əmr verməyimmi? Əbdullah dedi: Ehtiyaclı olduğum gün məni ondan məhrum etdin, və mənim ona bu gün ehtiyacım olmayan halda onu mənə vermək istəyirsən. Osman dedi: Onda qoy qızlarına qalsın. Əbdullah dedi: Onların da mal və bəxşeşə ehtiyacı yoxdur. Çünki mən Vaqiə surəsini daim (həmişə) oxumağı onlara göstəriş vermişəm, və özüm Peyğəmbərdən (s ə v v) eşitmişəm ki, o Həzrət buyurdu: Vaqiə surəsini hər gecə oxuyan kəs heç vaxt əqir və ehtiyaclı (heç bir dərdə) olmaz. (təcrübə olunmuş xətm) qırx gecə, və hər gecə Vaqiə surəsini bir dəfə, Muzzəmmil surəsini bir dəfə, Ləyl surəsini bir dəfə, İnşirah surəsini bir dəfə oxusun. Bu surələri oxuyandan sonra aşağıdakı duanı oxusun. Bu xətm borcu ödəmək və hacətin tez qəbul olunması üçün təcrübə olunu.
“Ya rəziqəs-sailin. Ya rahiməl-məsakin. Ya vəliyyəl-möminin. Ya ğiyasəl mustəğisin. Ya ərhəmər-rahimin. Səlli əla Muhəmmədin və ali Muhəmməd. Vəkfini həlalikə ən həramik. Və bita ətikə ən məsiyətik. Vəbifəzlikə əmmən sivakə ya ilahəl aləmin. Və səllahu əla Muhəmmədin vəalihi əcməsin.”
Aşağıda qeyd etdiyimiz xətm, ruzinin bol, və məişətin yaxşılaşmasında (Ömrünüzdə bir dəfə hökmən bu xətmi yerinə yetirin çox böyük təsiri olacaqdır.) (çox təcrübə olunub) Şənbə gecəsindən başlayıb, və hər gecə üç dəfə oxusun, lakin istisna olaraq cümə axşamı səkkiz dəfə oxusun. Bu dəfə bu surəni oxumazdan əvvəl aşağıdakı duanı oxusun.
“Allahummərzuqna rəzqən həlalən təyyibən min ğəyrikə. İstəcib dəəvətuna min ğəyri rəddi, və Əuzu minəl fəzihətəynil fəqru vəddəyni. Vədfi ənni hazəyni bihəqqil imaməynil həsən vəl hüsəyni ələyhiməssəlam. Birəhmətikə ya ərhəmərrahimin.”
Gündəlik namazlarda, şam namazından sonra Vaqiə surəsini, İşa namazından sonra Təbarəkəl-ləzi surəsini bir dəfə, sübh namazından sonra Yasin surəsini, Zöhr namazından sonra Əmmə yətəsaəlunu (nəbəə) surəsini, əsr namazından sonra inna fətəhna (Fəth) surəsini, oxusa, hacəti qəbul olunar.
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.