İbrətamiz Hekayə

14 yaşlı çörək oğrusu

Amerikada 14 yaşında uşaq marketdən çörək oğurlayarkən yaxalanır , qaçmağa çalışırkən bir də piştaxtanı sındırır.
Uşaq həbs edilir və məhkəmə qarşısına çıxarılır.
Qərarı vermədən əvvəl hakim, uşağın son sözlərini eşitmək istəyir.
Hakim: Nəyə görə öğurluq etdiniz səbəb?
Uşaq: Çörəyə ehtiyacım var idi.
Hakim: Oğurlamaq yerinə çörəyi ala bilməzdinizmi?
Uşaq: Ala bilmək üçün pulum yox idi.
Hakim: Amma ailəndən pul istəyə bilərdin.
Uşaq: Evdə sadəcə anam var.. O da xəstə və işsiz.. Sırf buna görə bir az pendir və çörək oğurladım.
Hakim: Sən balacasan normalda işin yox.
Uşaq: Avtomobil yuma işində işlədim. Bir həftə əvvəl anama qulluq etmək üçün izin aldım və buna görə işdən qovuldum.
Hakim:Yardım istəyəcək yeriniz, kimsəniz yox idimi?
Uşaq: Hər gün evdən çıxdığımda hər hansı bir iş üçün işçi axtaran ən azı əlli ünvana baş çəkirdim amma faydasız. Sonunda oğurluq etmək qərarına gəldim. Uşağın idarəsinin ardından hakim qərarını açıqladı:
– Oğurluq etmək , xüsusilə ÇÖRƏK oğurlamaq çox utancverici bir cinayətdir.. Və o zaman cəmiyyət olaraq hamımız bu əməldən təqsirkarıq.. Bu zalda olan hər kəs və mən bu əmələ görə günahkarıq.
O zaman bütün məhkəmə iştirakçıları 10 $ ilə cəzalanaq . Siz hər biriniz 10 $ göndərənə qədər kimsə məhkəmə zalını tərk etməyəcək.
Hakimdə 10 $ – rını verdikdən sonra, ac uşağı polisə təslim edən market sahibinə 1000 $ pul cəzası verir.
Qərarı eşitdikdən sonra uşaq gözyaşlarını saxlaya bilmir və ikinci qərar oxunurkən hakimi görüncə daha da həyəcanlanırdı.
Hakim gözyaşlarını saxlamağa çalışaraq məhkəmə zalını tərk etdi. Hakimin son sözləri bunlar idi :
– ” Bir insan ÇÖRƏK oğurlayarkən yaxalanırsa , o cəmiyyətin , toplumun, dövlətin bütün insanları utanmalıdır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir