İmam Sadiq (ə) buyurur: “Hər bir üzvün zəkatı vardır.
Gözün zəkatı – ibrətlə baxmaq və günaha göz yummaqdır.
Qulağın zəkatı – eşitmək, elmə, hikmətə, Qurana qulaq asmaqdır.
Dilin zəkatı – müsəlmanlara nəsihət etmək və qafilləri ayıltmaq və Allahı təsbih etməkdir.
Əlin zəkatı – elm yazmaq və mal bəxşiş etməkdir.
Ayağın zəkatı – cihad yolunda səy etmək, təhsil, insanların arasını islah etmək, yaxşıları ziyarət etməkdir.
Elmin zəkatı – onu nəşr etməkdir.
Qüdrətin zəkatı – insafdır.
Gözəlliyin zəkatı – iffətdir.
Qələbənin zəkatı – ehsandır.
Şücaətin zəkatı – cihaddır.
Sağlamlığın zəkatı – Allahın əmr etdiklərinə və qadağan etdiklərinə itaət etməkdir.
Hökumətin zəkatı – yoxsullara kömək çatdırmaqdır.
Ağlın zəkatı – ağılsızlara dözmək və səbir etməkdir.”