Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə 28 il yaşamışdır.
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdürŞiələrin on birinci İmamı Həzrət Həsən Əskəri (əleyhissəlam) hicrətin 232-ci ilində anadan olmuşdur. (Üsuli-kafi, c.1, səh.503.) Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (əleyhissəlam), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur. (Əl-İrşad, səh.335.) Bəzi tarixçilər onun adını Süsən qeyd etmişlər. (Üsuli-kafi, c.1, səh.503.) Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi. (Əl-ənvarül-bəhiyyə, səh.151.)
İmam Həsən Əskəri (əleyhissəlam) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı. (İləlüş-şərayi, c.1, səh.230.) O Həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki, (Dəlailül-imamət, səh.223.) künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət 22 yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə 28 il yaşamışdır. Hicrətin 260-cı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur. (Əl-İrşad, səh.345.)