1). Allaha və haqq cəbhəsinə qarşı vuruşanlar. (Tarix sübut edib ki, Allaha və haqqa qarşı döyüşənlər sonda məğlub olublar, amma müasir axmaqlar bundan heç bir nəticə çıxarmırlar və bütün enerjilərini buna sərf edirlər). 2). Risalət və nübuvvət məktəbinə qarşı mübarizə aparanlar. 3). Vilayət və imamət ilə düşmənçilik edənlər. 4). Öz eybini görməyib, digərlərin eybi ilə məşğul olanlar. – مَن نَظرَ في عُيوبِ النّاسِ فأنْكَرها ثُمّ رَضِيَها لِنَفْسِهِ فذلكَ الأحمَقُ بعَينِهِ – İmam Əli (ə). 5). Özünü hamıdan ağıllı hesab edənlər (Quran, Kəhf surəsi, ayə:103-104). – أحمَقُ النّاسِ مَن ظَنَّ أنّهُ أعْقَلُ النّاسِ – İmam Əli (ə). 6). Hər bir işdə ya ifrat, ya da təfrit edənlər. 7). Hərzə (faydasız söz) danışanlar. 8.). Onlara verilməyən suala cavab verənlər. 9). Hər bir işdə ehtiyatsız davrananlar. 10). Özünə hər bir haqqı və hüququ tanıyan, amma digərləri üçün tanımayanlar. 11). İki rəkət namaz qılan və ya kiçik bir yaxşı iş görən kimi bəsirətinin açıldığını və mələkut aləmini görəcəyini zənn edənlər. 12). İmkanlarında olan kiçik işləri yerinə yetirməyib fürsəti yandıraraq böyük xəyallarla yaşayanlar. 13). Özləri cəmiyyət və din üçün faydalı iş görmədikləri halda cəmiyyət və din üçün faydalı işlər görənləri tənqid və ya təhqir etməyi özlərinə məşğuliyyət seçənlər. 14). Haqdan üz döndərib özlərini səfehliyə qoyanlar: (Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmək üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. (Bəqərə surəsi, ayə 130) İmam Əli (ə) axmaqlar barəsində buyurur: «احْذَرِ الأحمَقَ؛ فإنّ مُداراتَهُ تُعَنِّيكَ، و مُوافَقَتَهُ تُرْدِيكَ، و مُخالَفَتَهُ تُؤذِيكَ، وَ مُصاحَبَتَهُ وَبالٌ عَلَيكَ» “Axmaqdan uzaq ol. Çünki onunla müdara etmək (axmaqlığına qatlanıb yola vermək) səni zəhmətə salacaq, ona uyğunlaşmaq səni həlak edəcək, ona qarşı olmağın sənə əzab və əziyyət verəcək, onunla yoldaşlıq etməyin isə səni faydasız çətinliyə salan ağır bir yük olacaq”. @mirmehemmed_beshir
Axmaqların siyahısı:
Oxşar yazılıar
İMAM SADİQİN (Ə) HƏYATI
İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında ikən Mənsur Dəvaniqinin xilafəti…
İMAM ƏLİNİN (Ə) HƏYATI
Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, boya-başa çatdığı və təlim-tərbiyə…

