Əbi Bəsirdən rəvayət olunub ki, imam Cəfər Sadiq (ə) belə buyurdu: Hər kəs mübarək Ramazan ayının iyirmi üçüncü gecəsi Ənkəbut və Rum surəsini oxusa, Allaha and olsun Beheşt əhlindən olacaqdır. Heç vaxt bir kəsi bu hökmdən istisna etmərik. Bu anda Allahın mənə bir günah yazacağından qorxmuram. Həqiqətən Allah yanındabu iki surə uca məqama malikdir.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bu surəni oxuyan kəsə yerdə və səmada pərvərdigarına təsbih deməyə məşğul olan mələklərdən on dəfə çox əcr verilər. Bu surəni oxuduğu gecə və gündüz əgər ondan bir savab iş əldən çıxsa, yenədə ona veriləcək.
Haris həmədani deyir: Əmirəlmöminin (ə) buyurdu: Hər kəs şəfəq batanda bu ayəni “Fəsubhanəllahi hinə tumsunə və hinə tusbihunə, vələhul həmdu fissəmavati vəl ərzi və əşiyyən, və hinə tuzhurun.” (Rum-17-180) üç dəfə oxusa, o gecə xeyir işlər əlindən çıxmaz, və bütün pisliklər ondan uzaqlaşar. Hər kəs sübh vaxtı deyilən ayəni üç dəfə oxusa, həmin gün o heç bir şey itirməz, və bütün şərr işlər ondan uzaqlaşar.
Allahın Rəsulundan (s ə v v) rəvayət olunub ki, hər kəs sübh və şam vaxtı bu ayəni oxusa, həmin gün yaxud həmin gecə vaxtında qıla bilmədiyi ibadətlərin yerini doldurar.
Həmçinin bu ayəni gündəlik vacibi namazlardan sonra oxumaqla yağışın damcıları ağacların yarpaqları, yer üzündəki torpağın sayı qədər, ona həsənat yazılar.
Ayə: “Fəsubhanəllahi hinə tumsunə və hinə tusbihun. Və ləhul həmdu fissəmavati vələrzi və əşiyyən və hinə tuzhirun. Yuxricul həyyə minəl məyyiti və yuxricul məyyitə minəl həyyi və yuhyil ərzə bəədə məvtiha və kazalikə tuxrəcun.” (Rum-17-18-19).