حجة الإسلام Əhliman Rüstəmov
Azərbaycan Alimi 40
حجة الإسلام

حجة الإسلام Əhliman Rüstəmov

Ata adı: Fidatxan

Dövr / Tarix: 1967 — ?
Doğulduğu Yer: Cəlilabad rayonu, Qarğılı kəndi
Fəaliyyət Sahəsi: ilahiyyatçı-alim, din xadimi,
Profili Paylaş

Alim haqqında məlumatınız var?

Arxivimizi zənginləşdirməyə yardım edin
Yeni Alim Məlumatı Göndər

Həyat Yolu və Bioqrafiyası

Elmi fəaliyyəti və xidmətləri
Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Azərbaycan SSR‚ Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub.[5] 1974–1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib.[5] Hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın tanınmış ruhani alimi Molla Bəylərdən dərs alıb.[5] Nardaran qəsəbəsində Sahibəz Zaman mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir.[5] Bakı İslam Universitetini bitirib. Universitet fəaliyyətini dayandırana qədər oranın müəllimi olub.[5] 2021-ci ilin oktyabrın 25-də hüquq mühafizə orqanları tərəfindən Bakıda evində axtarış keçirilib. Nəticədə saxlanılsa da[6], elə həmin gün də sərbəst buraxılıb.[7] Onlarla kitabı, yüzlərlə məqaləsi dərc edilib. Məşhəd, Kərbəla, Həcc ziyarətlərində olub.

Əsas Əsərləri və Kitabları

Qələmə aldığı elmi irs və təlifat
"Quranşünaslıq dərsləri" "Kiçik surələrdə böyük təfsirlər" "Əqidə dərsləri" "Kamillik Zirvəsi"[8] "Peyğəmbər (s) və Əhli-Beytinin (ə) məktəbində Quranşünaslıq"[9]

Müəllimləri və Tələbələri

Dərs aldığı və yetişdirdiyi şəxsiyyətlər
Hacı Cavad məscidi Təlbələr yetişdirib

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...