Şeyx Abbasqulu Lənkərani
Azərbaycan Alimi 0

Şeyx Abbasqulu Lənkərani

Dövr / Tarix: 1932- — ?
Profili Paylaş

Alim haqqında məlumatınız var?

Arxivimizi zənginləşdirməyə yardım edin
Yeni Alim Məlumatı Göndər

Həyat Yolu və Bioqrafiyası

Elmi fəaliyyəti və xidmətləri
Bir müddət Lənkəranda təhsil aldıqdan sonra Şeyx Abbasqulu İraqın Nəcəf şəhərinə köçüb. Tələbəlik illərini Həzrət Əlinin (ə.s) hərəminin yaxınlığında yaşayıb. Orada o, dini elmləri dövrün tanınmış alimlərindən alıb. Onun ustadları Şeyx Muhəmməd Mamqani, Muhəmməd Təbatəbai Yəzdi, Axund Muhəmməd Xorasani və Şəriət İsfahani kimi alimlər olub. Nəcəfdə elmi təhsilini bitirdikdə Şeyx Lənkərani ustadı Muhəmməd Həsən Mamqanidən nümayəndəlik icazəsini alıb və Azərbaycana qayıdıb. O, Lənkaranda dini təbliğatla, moizə deməklə və İslam elmlərinin tədrisi ilə məşğul olub. Sovet hakimiyyəti qurulduqda Abbasqulu Lənkərani diqər yerli İslam alimləri kimi təhdid və təzyiqə məruz qalıb. Azərbaycanın dəyərli İslam alimi 1932-ci ildə dünyadan köçüb. Onun cənazəsi Lənkəranda dəfn edilib.