Şeyx Fəramiz Badkubeyi
Azərbaycan Alimi 1

Şeyx Fəramiz Badkubeyi

Dövr / Tarix: ? — 1952
Profili Paylaş

Alim haqqında məlumatınız var?

Arxivimizi zənginləşdirməyə yardım edin
Yeni Alim Məlumatı Göndər

Həyat Yolu və Bioqrafiyası

Elmi fəaliyyəti və xidmətləri
İlk dini təhsilini Bakıda, “Mirzə Həsib Qüdsi” adlı mədrəsədə alıb. Sonra isə o, yerli alim və ruhanilərin ali dərslərinə qoşulub. Təhsilini təkmilləşdirmək məqsədilə Şeyx Fəramiz 1885-ci ildə İraqın Samirra şəhərinə köçüb. Orada səkkiz il qaldıqdan sonra isə təhsilini Nəcəfi-Əşrəfdə davam edib. Nəcəfdə o, mərhum Mirzə Həbibullah Rəşti və Mövla Muhəmməd Fazil Şərəbyani kimi dəyərli alimlərdən tədris alıb. Bu alimlərin elmi sayəsində Fəramiz Badkubeyi ali elmi məqamlara ucalıb. Alimlik dərəcəsinə yüksəldikdən sonra Şeyx Badkubeyi doğma şəhərinə, Bakıya qayıdıb. Bakıda o, din təbliğatı aparıb, insanlara şəriət qaydalarını izah edib və digər dini maarifləndirmə işləri aparıb. Bildirilir ki, bu görkəmli alim, həmçinin şeir yazmaqla məşğul olub. O öz şeirlərini Mirzə Ziya təxəllüsü ilə yazıb. Şeyx Fəramiz Badkubeyi 1952-ci ildə dünyasını dəyişib.