Aşura sözünün və bayrağının ucalması

Aşura sözünün və bayrağının ucalması
Həzrət Zeynəb İslamın və müsəlmanların ozamankı cəmiyyətinin ruhuna tibbi yardım göstərdi Bu ondan ötrüdür ki, Hüseyn ibn Əlinin (ə) yolu və onun qanı əzəmətli İslam ümmətinin İslam məqsədlərinə sarı hərəkətinin bayrağı olsun, bu bayraq həmişə dalğalansın. Bu günə qədər də dalğalanmış və hidayət etmişdir.

Həzrət Zeynəb və İslamın ümumi ruhuna tibbi yardım
Həzrət Zeynəbin mübarək adı bu növdən olan səyin göstəricisidir. Həzrət Zeynəbin səyi təkcə bu deyil ki, Kərbəlada xəstə olan bir imamı qorusun, ona tibbi yardım göstərsin. Həzrət Zeynəb İslamın və müsəlmanların ozamankı cəmiyyətinin ruhuna tibbi yardım göstərdi. Onun böyük yardımı budur. Həzrət Zeynəb bir dünya pislik, zülm, insafsızlıq, heyvansifətlik və daşürəklik qarşısında təkbaşına dayandı və bununla İslamın ruhunu qoruyub, ona tibbi yardım göstərə bildi. İmam Hüseynin (ə) İslamı qoruduğunu dediyimiz kimi, həzrət Zeynəbin də öz müqaviməti ilə İslamı qoruduğunu qətiyyətlə iddia edə bilərik. Bu müqavimət bir sirr və əsas amildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir