İmam Həsən Əskərinin (ə) yeddicəhətli fəaliyyəti
Şiələri, oğlu on ikinci İmamın qeybə çəkilməsi dövrünə hazırlamaq.
Abbasilər hökumətinin amansız təqibinə, bu qədər əzab-əziyyətlərinə baxmayaraq İmam Həsən Əskəri (əleyhissəlam) bir sıra siyasi-ictimai və elmi fəaliyyətlər göstərmişdir. O Həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar:

1)–İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək və əsl İslam ideyasını camaata çatdırmaq;
2)–Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq;
3)–Abbasilər hökumətinin son dərəcə nəzarətinə baxmayaraq gizli siyasi fəaliyyət;
4)–Şiələri, xüsusən də, yaxın dostlarını maliyyə cəhətdən təmin etmək;
5)–Mühüm şiələri problemlər qarşısında siyasi baxımdan qüvvətləndirmək;
6)–İmaməti inkar edənləri cəlb etmək və şiələri arxayınlaşdırmaq üçün qeybi məlumatlardan geniş istifadə etmək;
7)–Şiələri, oğlu on ikinci İmamın qeybə çəkilməsi dövrünə hazırlamaq.