Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O həzrət 38-ci hicri-qəməri ilində dünyaya gəlmiş və uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası imam Əlinin (ə), on il də əmisi imam Həsənin (ə) imamət dövrünü görmüşdür. Hicrətin 61-ci ilinin Məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada iştirak etmiş, lakin xəstə olduğu üçün döyüşməmişdir. Kərbəla faciəsindən sonra digər əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o həzrət müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O həzrət bu səfərdə öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etmiş və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamışdır. Nəhayət, hicrətin 94, ya da 95-ci ili Hişam ibn Әbdülməlik tərəfindən zəhərləndirilərək şəhadətə yetirilmiş və “Bəqi” qəbristanlığında əmisi imam Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur.
İmam Səccadın (ə) həyatı
Oxşar yazılıar
Qurban bayramının əməlləri
Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla…
Əqiqə qurabnı
Əqiqə qurabnı İslam dinində çox təkid edilmiş və hətta bəzi alimlərin vacib saydığı müstəhəb qurbanlardan biri də ƏQİQƏ qurbanıdır. Əqiqə qurbanı uşağın dünyaya gəldiyi gündən yeddinci gününə qədər və ən…

