Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə 28 il yaşamışdır.
![Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür](https://ehlibeyt-aka.com/uploads/posts/2016-12/thumbs/1481205703_58486a8473033.jpg)
İmam Həsən Əskəri (əleyhissəlam) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı. (İləlüş-şərayi, c.1, səh.230.) O Həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki, (Dəlailül-imamət, səh.223.) künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət 22 yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə 28 il yaşamışdır. Hicrətin 260-cı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur. (Əl-İrşad, səh.345.)