Qeyd etdiyimiz kimi İmam Səccad (əleyhissəlam) Kərbəla faciəsində iştirak etmiş, atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseyn əleyhissəlamın qızılqanlı şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur.
Əməvi hökumətinin Müaviyyənin dövründən etibarən Peyğəmbər ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki, əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar, İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseyn əleyhissəlamın böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccad əleyhissəlamın və eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat (qeyd etməliyik ki, bu fürsəti onlara Yezidin axmaqlığı və şəxsi düşmənçiliyi vermişdir) İmam Hüseyn əleyhissəlamın düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.
Kərbəla inqilabının carçısı
Oxşar yazılıar
Əzadar klassiklərimizi tanıyırıqmı?
Əzadar klassiklərimizi tanıyırıqmı? Aradan 14 əsr keçməsinə baxmayaraq, “Kərbəla müsibəti” və “İmam Hüseynin (ə) qiyamı”nın mahiyyəti öz təzəlik və təravətini itirməmiş və sanki dünən yaşanmış bir faciə kimi yaddaşlara, zehinlərə…
İmam Rzanın (s) həyatı
İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz…