Mötəbər əhli-sünnə mənbələri hesab edilən Müstədrək ələs-Səhihəyn, Əbu-Nueym İsfahaninin Fədailus-Səhabə, Müsnəd Əhməb bin Hənbəl və sair mənbələrində İmam Əli (ə) haqda gələn maraqlı hədisi təqdim edirik: Səhabə Zeyd ibni Ərqəm deyir: Allahın Elçisi (s) buyurdu: “Mənim kimi yaşamaq və ölmək istəyən hər kəs və həmçinin mənə vəd edilən əbədi cənnətdə məskunlaşmaq istəyən hər kəs Əli ibni Əbu-Talibin ardıcılı olsun! Çünki o heç vaxt sizi düz yoldan çıxarmaz və sizi azğınlığa aparmaz.” Hakim Nişaburi bu hədisi Müstədrək ələs-Səhihəyn əsərində (cild-3, səh-128,) gətirir və əlavə edir: Bu sənədi düz olan hədisdir ki Müslimlə Buxari onu nəql etməyib. Bu hədisi Təbərani əl-Kəbir əsərində, Əbu-Nueym əl-İsfahani Fədailus-Səhabə əsərində gətiriblər. Hədis Kənzul-Ummalda (hədis:2578) və İmam Əhməd Hənbəlin əl-Müsnəd əsərində (cild-5, səh-32) də gəlibdir.
Peyğəmbər (s) kimi yaşamaq istəyənlər dinləsinlər!
Oxşar yazılıar
Əzadar klassiklərimizi tanıyırıqmı?
Əzadar klassiklərimizi tanıyırıqmı? Aradan 14 əsr keçməsinə baxmayaraq, “Kərbəla müsibəti” və “İmam Hüseynin (ə) qiyamı”nın mahiyyəti öz təzəlik və təravətini itirməmiş və sanki dünən yaşanmış bir faciə kimi yaddaşlara, zehinlərə…
Qədir-Xum gününün əməlləri
Zil-hiccə ayının 18-i t “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban” bayramlarından başqa bir bayramı da varmı?” –…