Müsəlmanın həyat tərzi

Yaşamaq düsturu

Yaşamaq düsturu

İmam Sadiqdən (ə) “işlərini və həyatını necə və hansı proqram üzərində qurmusan” soruşarkən belə cavab buyurmuşdu:
قِيلَ لِلصَّادِقِ ع عَلَى مَا ذَا بَنَيْتَ أَمْرَكَ فَقَالَ عَلَى أَرْبَعَةِ أَشْيَاءَ عَلِمْتُ‏ أَنَ‏ عَمَلِي‏ لَا يَعْمَلُهُ غَيْرِي فَاجْتَهَدْتُ وَ عَلِمْتُ أَنَّ اللَّهَ عَزَّ وَ جَلَّ مُطَّلِعٌ‏ عَلَيَّ فَاسْتَحْيَيْتُ وَ عَلِمْتُ أَنَّ رِزْقِي لَا يَأْكُلُهُ غَيْرِي فَاطْمَأْنَنْتُ وَ عَلِمْتُ أَنَّ آخِرَ أَمْرِي الْمَوْتُ فَاسْتَعْدَدْتُ.
1. Bildim ki, mənim (üçün faydalı olan) işimi özümdən başqa heç kəs etməyəcək, belə isə çalışdım.
2. Bildim ki, Allah-Taala mənim bütün işlərimdən xəbərdardır, belə isə (aşkarda və gizlində günah etməkdən) həya etdim.
3. Bildim ki, (Allahın mənim üçün ayırdığı) ruzimi məndən başqa heç kəs yeyə bilməz, belə isə (haramdan çəkinərək, halal çalışma ilə ruzimi qazanacağıma) arxayın oldum.
4. Bildim ki, (bu dünyada nə etsəm də, nə qazansam da, hər kim olsam da) işimin sonu ölməkdir, belə isə (hər zaman) ölməyə hazır oldum (və həyatımı ölümümü fikirləşərək qurdum).
“Biharul-ənvar”, Əllamə Məclisi, 75/228, hədis:100.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir