Cəmi: 12 Mübarək Kəlam
Qurani-Kərim və Əhli-Beyt (ə) İrsi

Mübarək Ayələr, Hikmətli Hədislər və Zikrlər

Qurani-Kərimin nurani ayələri, Rəsulullah (s) və Əhli-Beyt (ə) məsumlarının hikmətli hədislərinin, ərəbcə mətn və Azərbaycan dilində tərcümələri toplusu.

Hamısı (12) Mübarək Ayələr (7) Hikmətli Hədislər (5) Zikrlər (0)
Mübarək Ayə Bəqərə, 2:201

رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

Oxunuşu: Rabbənə ətinə fid-dunyə həsənətən və fil-axirəti həsənətən və qinə əzəbən-nar.

Tərcümə və Məna:

"Ey Rəbbimiz! Bizə dünyada yaxşılıq, axirətdə də yaxşılıq ver və bizi Odun əzabından qoru."

Mübarək Ayə Ali-İmran 144

وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ ٱلرُّسُلُ‌ۚ أَفَإِيْن مَّاتَ أَوْ قُتِلَ ٱنقَلَبْتُمْ عَلَىٰٓ أَعْقَـٰبِكُمْ‌ۚ وَمَن يَنقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَن يَضُرَّ ٱللَّهَ شَيْــًٔا‌ۗ وَسَيَجْزِى ٱللَّهُ ٱلشَّـٰكِرِينَ

Oxunuşu: Və ma Muhammadun illa Rasulun qad xalat min qablihir Rusul; afa'im mata av qutilan qalabtum 'ala a'qabikum; və mai yanqalib 'ala aqibihi falai yadurral laha şai'a; və sayajzil lahuş şakirin

Tərcümə və Məna:

"Muhəmməd (s) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır."

Mübarək Ayə Ənbiya 105

وَلَقَدْ كَتَبْنَا فِى ٱلزَّبُورِ مِنۢ بَعْدِ ٱلذِّكْرِ أَنَّ ٱلْأَرْضَ يَرِثُهَا عِبَادِىَ ٱلصَّـٰلِحُونَ

Oxunuşu: Və laqad katabna fiz Zaburi mim ba'diz zikri annal arda yarisuha 'ibadi yas salihun

Tərcümə və Məna:

"Həqiqətən, Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Quranda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)."

Hikmətli Hədis (“Biharul-ənvar”, 75-ci cild, səh. 372, bölüm 29.)

أَكْثِرُوا ذِكْرَ اللّهِ وَ ذِكْرَ الْمَوْتِ وَ تِلاوَةَ الْقُرانِ وَ الصَّلاةَ عَلَى النَّبِىِّ(صلى الله عليه وآله وسلم)فَإِنَّ الصَّلاةَ عَلى رَسُولِ اللّهِ عَشْرُ حَسَنات، إِحْفَظُواما وَصَّيْتُكُمْ بِهِ وَ أَسْتَوْدِعُكُمُ اللّهَ وَ أَقْرَأُ عَلَيْكُمْ السَّلامَ.

Tərcümə və Məna:

"İmam Həsən Əskəri (ə) öz şiələrinə xitabən belə buyurur:

“Allahı və ölümü çox yad edin, Quranı çox oxuyun və Peyğəmbərə (s) çox salavat göndərin. Həqiqətən, Peyğəmbərə (s) salavat göndərməyin on savabı var. Tövsiyələrimi qoruyun (unutmayın). Sizi Allaha tapşırır və sizə salam göndərirəm!”"

Hikmətli Hədis (“Biharul-ənvar”, 71-ci cild, səh.166.)

مَنْ وَعَظَ خاهُ سِرّاً فَقَدْ زانَهُ، وَمَنْ وَعَظَهُ عَلانِيَةً فَقَدْ شانَهُ

Tərcümə və Məna:

"İmam Həsən Əskəri (ə) insanların ictimai şəxsiyyəti və mövqeyinin qorunması ilə əlaqədar şərif bir hədisdə belə buyurur:



“Hər kim öz (din) qardaşına xəlvətdə nəsihət edərsə, həqiqətən, onu bəzəmiş, aşkarda nəsihət edərsə, doğrudan da, onu xar etmiş, alçaltmışdır.”"

Hikmətli Hədis (“Biharul-ənvar”, 71-ci cild, səh.166.)

مَنْ وَعَظَ خاهُ سِرّاً فَقَدْ زانَهُ، وَمَنْ وَعَظَهُ عَلانِيَةً فَقَدْ شانَهُ

Tərcümə və Məna:

"İmam Həsən Əskəri (ə) insanların ictimai şəxsiyyəti və mövqeyinin qorunması ilə əlaqədar şərif bir hədisdə belə buyurur:



“Hər kim öz (din) qardaşına xəlvətdə nəsihət edərsə, həqiqətən, onu bəzəmiş, aşkarda nəsihət edərsə, doğrudan da, onu xar etmiş, alçaltmışdır.”"

Hikmətli Hədis (“Biharul-ənvar”, 10-cu cild, səh.369.)

قُولُوا لِلنّاسِ حُسْناً، مُؤْمِنُهُمْ وَ مُخالِفُهُمْ، مَّا الْمُؤْمِنُونَ فَيَبْسِطُ لَهُمْ وَجْهَهُ، وَ مَّا الْمُخالِفُونَ فَيُكَلِّمُهُمْ بِالْمُداراةِ لاِجْتِذابِهِمْ إلَى الاْ يِمانِ

Tərcümə və Məna:

"İmam Həsən Əskəri (ə) daim şiələri və tərəfdarlarına bu əxlaqi fəzilətə sahib olmağı tövsiyə edər və buyurardı:

“İnsanlarla – istər dost olsun, istər müxalif – gözəl danışın və gözəl rəftar edin. Möminləri bir vəzifə olaraq həmişə gülərüzlə qarşılayın, müxalifləri də mülayim və gözəl danışıqla imana (İslam və islami hökmlərə) cəzb edin.”"

Mübarək Ayə Furqan 28

يَـٰوَيْلَتَىٰ لَيْتَنِى لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلاً

Oxunuşu: Ya vailata laitani lam attaxiz fulanan xalila

Tərcümə və Məna:

"«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım»."

Mübarək Ayə Furqan 28

يَـٰوَيْلَتَىٰ لَيْتَنِى لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلاً

Oxunuşu: Ya vailata laitani lam attaxiz fulanan xalila

Tərcümə və Məna:

"«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım»."

Mübarək Ayə Furqan 28

يَـٰوَيْلَتَىٰ لَيْتَنِى لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلاً

Oxunuşu: Ya vailata laitani lam attaxiz fulanan xalila

Tərcümə və Məna:

"«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım»."

Hikmətli Hədis Nəhcül-Bəlağə, 21-ci hikmət

قَالَ الإِمَامُ عَلِيٌّ (ع): الِفُرَصُ تَمُرُّ مَرَّ السَّحَابِ

Oxunuşu: Al-furasu tamurru marras-sahab

Tərcümə və Məna:

"İmam Əli (ə) buyurur: Fürsətlər buludlar kimi ötüb keçir. Odur ki, yaxşı işlər görmək üçün fürsətləri qənimət bilin."

Mübarək Ayə Rəd surəsi, 28

أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

Oxunuşu: Ala bizikrillahi tatmainnul qulub

Tərcümə və Məna:

"Şübhəsiz ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar."