Cəmi: 19 Mübarək Kəlam
Qurani-Kərim və Əhli-Beyt (ə) İrsi

Mübarək Ayələr, Hikmətli Hədislər və Zikrlər

Qurani-Kərimin nurani ayələri, Rəsulullah (s) və Əhli-Beyt (ə) məsumlarının hikmətli hədislərinin, ərəbcə mətn və Azərbaycan dilində tərcümələri toplusu.

Hamısı (19) Mübarək Ayələr (14) Hikmətli Hədislər (5) Zikrlər (0)
Mübarək Ayə Bəqərə, 2:201

رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

Oxunuşu: Rabbanā ātinā fid-dunyā hasanatan wa fil-ākhirati hasanatan wa qinā ‘adhāban-nār.

Tərcümə və Məna:

"“Ey Rəbbimiz! Bizə dünyada da yaxşılıq, axirətdə də yaxşılıq ver və bizi Cəhənnəm əzabından qoru.”"

Mübarək Ayə Ənbiya, 21:89

رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنتَ خَيْرُ الْوَارِثِينَ

Oxunuşu: Rabbi lā tadharnī fardan wa anta khayrul-wārithīn.

Tərcümə və Məna:

"“Ey Rəbbim! Məni tək qoyma. Sən varislərin ən xeyirlisisən.”"

Mübarək Ayə Qəsəs, 28:24

رَبِّ إِنِّي لِمَا أَنزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ

Oxunuşu: Rabbi innī limā anzalta ilayya min khayrin faqīr.

Tərcümə və Məna:

"“Ey Rəbbim! Mən Sənin mənə göndərəcəyin hər bir xeyirə möhtacam.”"

Mübarək Ayə Ayətül-Kürsi

اللّٰهُ لَا إِلٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

Oxunuşu: Allahu lə iləhə illə huvəl-həyyul-qəyyum. Lə tə'xuzuhu sinətun və lə nəvm. Ləhu mə fis-səməvati və mə fil-ərd. Mən zəl-ləzi yəşfəu indəhu illə bi-iznih. Yələmu mə bəynə əydihim və mə xalfəhum. Və lə yuhitunə bi-şəyin min ilmihi illə bimə şəə. Vəsiə kursiyyuhus-səməvati vəl-ərd. Və lə yəuduhu hifzuhumə və huvəl-əliyyul-əzim.

Tərcümə və Məna:

"Allahdan başqa heç bir məbud yoxdur. O, Diridir, Qəyyumdur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, insanların qarşılarında və arxalarında olanları bilir. Onlar isə Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Ona ağır gəlməz. O, Ucadır, Böyükdür."

Mübarək Ayə Furqan surəsi, 74-cü ayə

رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا

Oxunuşu: Rabbənə həb lənə min əzvacina və zurriyyatina qurrətə ə'yunin vəc'alna lil-muttəqinə iməmə.

Tərcümə və Məna:

"“Ey Rəbbimiz! Bizə zövcələrimizdən və övladlarımızdan gözümüzün nuru olacaq kəslər bəxş et və bizi müttəqilərə rəhbər et.”"

Mübarək Ayə . Bəqərə surəsi, 286-cı ayə

رَبَّنَا لَا تُؤَاخِذْنَا إِن نَّسِينَا أَوْ أَخْطَأْنَا

Oxunuşu: Rabbənə lə tuəxiznə in nəsina əv əxtə'nə.

Tərcümə və Məna:

"“Ey Rəbbimiz! Unutduqda və ya xəta etdikdə bizi cəzalandırma.”"

Mübarək Ayə Ali-İmran, 8-ci ayə

رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ الْوَهَّابُ

Oxunuşu: Rabbənə lə tuziğ qulubənə bə'də iz hədəytənə və həb lənə mil-lədunkə rahmətən, innəkə əntəl-vəhhab.

Tərcümə və Məna:

"Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və Öz tərəfindən bizə mərhəmət bəxş et. Həqiqətən, Sən çox bəxş edənsən."

Mübarək Ayə Bəqərə, 2:201

رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

Oxunuşu: Rabbənə ətinə fid-dunyə həsənətən və fil-axirəti həsənətən və qinə əzəbən-nar.

Tərcümə və Məna:

"Ey Rəbbimiz! Bizə dünyada yaxşılıq, axirətdə də yaxşılıq ver və bizi Odun əzabından qoru."

Mübarək Ayə Ali-İmran 144

وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ ٱلرُّسُلُ‌ۚ أَفَإِيْن مَّاتَ أَوْ قُتِلَ ٱنقَلَبْتُمْ عَلَىٰٓ أَعْقَـٰبِكُمْ‌ۚ وَمَن يَنقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَن يَضُرَّ ٱللَّهَ شَيْــًٔا‌ۗ وَسَيَجْزِى ٱللَّهُ ٱلشَّـٰكِرِينَ

Oxunuşu: Və ma Muhammadun illa Rasulun qad xalat min qablihir Rusul; afa'im mata av qutilan qalabtum 'ala a'qabikum; və mai yanqalib 'ala aqibihi falai yadurral laha şai'a; və sayajzil lahuş şakirin

Tərcümə və Məna:

"Muhəmməd (s) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır."

Mübarək Ayə Ənbiya 105

وَلَقَدْ كَتَبْنَا فِى ٱلزَّبُورِ مِنۢ بَعْدِ ٱلذِّكْرِ أَنَّ ٱلْأَرْضَ يَرِثُهَا عِبَادِىَ ٱلصَّـٰلِحُونَ

Oxunuşu: Və laqad katabna fiz Zaburi mim ba'diz zikri annal arda yarisuha 'ibadi yas salihun

Tərcümə və Məna:

"Həqiqətən, Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Quranda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)."

Hikmətli Hədis (“Biharul-ənvar”, 75-ci cild, səh. 372, bölüm 29.)

أَكْثِرُوا ذِكْرَ اللّهِ وَ ذِكْرَ الْمَوْتِ وَ تِلاوَةَ الْقُرانِ وَ الصَّلاةَ عَلَى النَّبِىِّ(صلى الله عليه وآله وسلم)فَإِنَّ الصَّلاةَ عَلى رَسُولِ اللّهِ عَشْرُ حَسَنات، إِحْفَظُواما وَصَّيْتُكُمْ بِهِ وَ أَسْتَوْدِعُكُمُ اللّهَ وَ أَقْرَأُ عَلَيْكُمْ السَّلامَ.

Tərcümə və Məna:

"İmam Həsən Əskəri (ə) öz şiələrinə xitabən belə buyurur:

“Allahı və ölümü çox yad edin, Quranı çox oxuyun və Peyğəmbərə (s) çox salavat göndərin. Həqiqətən, Peyğəmbərə (s) salavat göndərməyin on savabı var. Tövsiyələrimi qoruyun (unutmayın). Sizi Allaha tapşırır və sizə salam göndərirəm!”"

Hikmətli Hədis (“Biharul-ənvar”, 71-ci cild, səh.166.)

مَنْ وَعَظَ خاهُ سِرّاً فَقَدْ زانَهُ، وَمَنْ وَعَظَهُ عَلانِيَةً فَقَدْ شانَهُ

Tərcümə və Məna:

"İmam Həsən Əskəri (ə) insanların ictimai şəxsiyyəti və mövqeyinin qorunması ilə əlaqədar şərif bir hədisdə belə buyurur:



“Hər kim öz (din) qardaşına xəlvətdə nəsihət edərsə, həqiqətən, onu bəzəmiş, aşkarda nəsihət edərsə, doğrudan da, onu xar etmiş, alçaltmışdır.”"

1 2 Növbəti »