Bu duanı unudanda QƏZA etməlisən

Bu duanı unudanda QƏZA etməlisən

İmam Sadiq (ə) buyurur ki, Günəş çıxmamışdan və batmamışdan öncə bu zikri və duanı 10 dəfə oxumaq dəyişilməz bir sünnədir. Əgər unutsanız belə, xatırladığınız anda vacib namazda olduğu kimi bunun da qəzasını yerinə yetirin:

Zikr:

“لا إِلهَ إِلَّا اللَّهُ‏ وَحْدَهُ‏ لا شَرِيكَ لَهُ‏ لَهُ الْمُلْكُ وَ لَهُ‏ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ، وَ يُمِيتُ وَ يُحْيِي وَ هُوَ حَيٌّ لَا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلى‏ كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ”.
“La ilahə illəllah, vəhdəhu la şərikə ləhu, ləhul mulk və ləhul həmdu, yuhyi və yumit və yumitu və yuhyi və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəyin qədir”. (10 dəfə).

Tərcüməsi:
“Allahdan başqa Allah yoxdur, o vahiddir, şəriki yoxdur. Mülk (bütün yaradılış və kainata hakimiyyət və malikiyyət haqqı) onundur. Həmd onun üçündür ki, dirildir və öldürür. Və (yenə də) öldürür və dirildir. Və O diridir, ölməz. Xeyirin açarı Onun əlindədir və O hər şeyə qadirdir”.
Dua (təviz = sığıncaq):
“أَعُوذُ بِاللَّهِ السَّمِيعِ‏ الْعَلِيمِ‏ مِنْ‏ هَمَزاتِ‏ الشَّياطِينِ‏ وَ أَعُوذُ بِكَ رَبِّ أَنْ يَحْضُرُونِ‏ إِنَّ اللَّهَ‏ هُوَ السَّمِيعُ الْعَلِيمُ”.
“Əuzu billahis-səmiil-əlim min həməzatiş-şəyatin. Və əuzu bikə rəbbi ən yəhzurun. İnnəllahə huvəs-səmiul-əlim”. (10 dəfə).

Tərcüməsi:
“Sığınıram hər şeyi eşidən və bilən Allaha şeytanların işarə və vəsvəsəsindən. Və Sənə sığınıram Allahım, onların (şeytanların) mənim ətrafımda olmasından. Həqiqətən də Allah eşidən və biləndir”.
Şeyx Kuleyni, “əl-Kafi”, c.2, s.532, hədis:31.
Əyyaşi, “Təfsirul-Əyyaşi”, c.2, s.45, hədis: 136.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.