Bu üç xislətə sahib olmayan insan mömin deyil Əl-Xisal Hədis 248.
Haris ibn Dəlhas Əbülhəsəndən (ə) belə nəql edir: “Bu üç xislətə sahib olmayan şəxs mömin deyil:
Allahdan olan sünnətə, Peyğəmbərdən (s)olan sünnətə və Peyğəmbərin vəlisindən olan sünnətə.
Rəbbindən olan sünnət, Onun sirrini gizli saxlamasıdır. Belə ki, Allah-taala Qurani-Kərimdə belə buyurur: “(Аllаh) qeybi biləndir və Öz qeybinin sirlərindən heç kimi agah etməz, Yalnız seçdiyi rəsuldan başqa” (“Cin” surəsi, 25-26-cı ayələr),
Peyğəmbərdən (s) olan sünnət insanlarla xoş davranışdır. Belə ki, Allah-taala Qurani-Kərimdə Öz peyğəmbərinə insanlarla xoş davranmağı əmr edərək belə buyurur: “Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər” (“Əraf” surəsi, 199-cu ayə). Peyğəmbərin vəlisinin sünnəti isə maddi və cismani ziyanlara səbir etməkdir. Belə ki, Allah-taala Qurani-Kərimdə buyurur: “Maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs” (“Bəqərə” surəsi, 177-ci ayə).
Bu üç xislətə sahib olmayan insan mömin deyil Əl-Xisal Hədis 248.
Oxşar yazılıar
Allahdan İstədiyini Necə Almaq Olar?
İnsan elə bir məqama çatmalıdır ki, Allahdan nə istəyirsə, Allah ona versin — bütün duaları qəbul olunsun. Bəli, belə bir hal mümkündür. Və bu halın bir yolu var. Əgər sən…
Qəzəbin kökü nədir?
Qəzəbin kökü nədir? Bu sual mənə tez-tez verilir. Deyirəm: qəzəbin kökü çox vaxt insanın özünü böyük, digərlərini isə kiçik saymasındadır. Başqa sözlə, qəzəb çox zaman təkəbbürdən doğur. Məsələn, evə daxil…