Bu üç xislətə sahib olmayan insan mömin deyil Əl-Xisal Hədis 248.
Haris ibn Dəlhas Əbülhəsəndən (ə) belə nəql edir: “Bu üç xislətə sahib olmayan şəxs mömin deyil:
Allahdan olan sünnətə, Peyğəmbərdən (s)olan sünnətə və Peyğəmbərin vəlisindən olan sünnətə.
Rəbbindən olan sünnət, Onun sirrini gizli saxlamasıdır. Belə ki, Allah-taala Qurani-Kərimdə belə buyurur: “(Аllаh) qeybi biləndir və Öz qeybinin sirlərindən heç kimi agah etməz, Yalnız seçdiyi rəsuldan başqa” (“Cin” surəsi, 25-26-cı ayələr),
Peyğəmbərdən (s) olan sünnət insanlarla xoş davranışdır. Belə ki, Allah-taala Qurani-Kərimdə Öz peyğəmbərinə insanlarla xoş davranmağı əmr edərək belə buyurur: “Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər” (“Əraf” surəsi, 199-cu ayə). Peyğəmbərin vəlisinin sünnəti isə maddi və cismani ziyanlara səbir etməkdir. Belə ki, Allah-taala Qurani-Kərimdə buyurur: “Maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs” (“Bəqərə” surəsi, 177-ci ayə).
Bu üç xislətə sahib olmayan insan mömin deyil Əl-Xisal Hədis 248.
Oxşar yazılıar
Borc almaq və onun zərərləri
Hazırkı əsrdə maddi yaşayışın cah-cəlal və bər-bəzəyi bir qrup insanın davam gətirilməsi həddən artıq çətin olan borc və kredit yükü altına girməsi və bu baxımdan, həyatlarını cəhənnəm əzabına çevirməsinə səbəb…
Qəzəb odu
Qəzəb odu Həyatda insanın qəzəb və stress halında hansısa bir işi həyata keçirdikdən və ya müəyyən bir qərar qəbul etdikdən sonra peşman olmadığı zamanlara rast gəlmək çox nadir hallarda müşahidə…