Müsəlmanın həyat tərzi

Niyə bəziləri varlı və bəziləri isə kasıb olur?

Allah hər bir insana onun tutumuna əsasən sərvət və ruzi verər. Bəs niyə Allah zənginlərin tutumunu hamıya əta etməmişdir?

   Qurani-Kərim buyurur: “De: «Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini(ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır»”. (“Səba” 39).

   Hər bir insan varlığının düşüncə və sevgi ölçüsünə görə tutumu vardır. Allah insanlara verdiyi vəzifələrə uyğun olaraq onlara tutum vermişdir. Misal üçün, Allah qadına ana olduğuna görə lətiflik və sevgi hisslərini daha güclü tutumla əta etmişdir. Bu tutum kişilərdə yoxdur.

   Allah Təala hər bir insana gördüyü səy və çalışmaya əsasən ruzi verər. Əgər mömin olmazsa, ruzisinin çoxalması səy göstərməsindən asılı olar və insanın kafir və ya mömin olmasından asılı olmaz. Ancaq mömin üçün səxavət, başqalarının əlindən tutmaq, sədəqə vermək kimi xeyir işləri yerinə yetirmək, onun ruzisini daha bərəkətli edər.

   İnsanın səy və çalışması gərək düzgün olsun. Əgər belə olarsa, o zaman daha çox bəhrə əldə edər. Yəni, niyyəti pak olmalıdır, gördüyü iş düzgün iş olmalıdır. Əgər bu yolda çoxlu zəhmət çəkərsə, Allah Təbarəkə və Təala həm bu dünyada və həm də axirətdə ona nemətlər əta edər.

   Bəs əgər bir mömin düzgün səy göstərərsə və nəticə əldə etməzsə, onda necə?

   Baxmaq lazımdır ki, həmin şəxsin düyünü haradadır. Allah Təala cəmiyyətin üzvlərini fərqli yaratmışdır. Bəzilərinin huşu və ağlı itidir və məsləhətləşməyi sevirlər. Bəzilərinin isə ağıl və dərkləri daha aşağıdır və həyatın məsələrini lazım olan həddə dərk etmirlər.

   Allah Təala əgər insanları belə yaratmasaydı, cəmiyyət idarə oluna bilinməzdi. Əgər hamı ali istedada malik olsaydı, heç kəs orta və aşağı peşələrə üz çevirməzdi.

   Allahın hikməti belədir ki, hər kəsin əməlini fikir tutumuna əsasən qəbul edər. Ona uyğun olaraq məsuliyyət verər.

   İnsanların bir çoxu alim olmadıqlarından razıdırlar. Çünki bu ağır yükü gəzdirə bilmədiklərini yaxşı bilirlər. Həzrət Peyğəmbərin (s) bir məsuliyyəti var idi, Salman Farsinin başqa bir məsuliyyəti.

   Alimlərin səhvi adi insanların səhvindən və günahından daha ağır cəzalarla cəzalandırılar. Ona görə də əgər bu dünyada düzgün yaşamaq istəyiriksə, bu fərqliliyi bir imtahan kimi qəbul etməliyik, çünki zərurətlərdəndir.

   Varlının öz imtahanı var, kasıbın öz imtahanı. Varlının öz sorğusu var, kasıbın öz imtahanı. Odur ki, insan öz durumuna uyğun hərəkət etməli və imtahanını şərəflə verməlidir..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir