İslam Peyğəmbəri (s) buyurmuşdur:

أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ وَ الزَّنَا

“Dörd şeydən biri – xəyanət, oğurluq, şərab içmək və iffətsizlik (zina) evə daxil olarsa, onu dağıdar və (bir daha) o ev bərəkətlə abad hala gəlməz.”[1]

Qısa izah

Yalnız ailələr deyil, həmçinin, cəmiyyətin bütün təbəqələri də bu qanundan kənar sayılmırlar. Əgər xəyanət cəmiyyətə nüfuz edərsə, bu zaman insanlarda bir-birinə qarşı inamsızlıq yaranar. Cəmiyyətdə oğurluq müxtəlif şəkillərdə genişlənərsə, insanların əmniyyət və asayişi təhlükəyə düşər. O cümlədən, əgər içki içmək insanlar arasında yayılarsa, cəmiyyət səriştəsiz insanlar, əlil övladlar və faydasız cavanlarla dolacaqdır. Əgər insanlar cəmiyyətdə əxlaqsızlıq və iffətsizliyə yol verərsə, bu halda bütün ailələrin bünövrəsi şübhəli olacaq və bu məsələ gələcək nəsilləri fəsada sürükləyəcəkdir.

[1] “Nəhcül-fəsahət”, səh. 49, hədis 256.