Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə alsaq göz dəymə barəsində nazil olduğunu bilərik.
Bundan əlavə rəvayətlərdə göz dəymədən amanda qalmaq üçün başqa surələrə də işarə olunmuşdur; o cümlədən “Nas”, “Fələq” “Həmd” və “Tövhid” surələri. Beləliklə bir çox təfsirlərdə işarə olunmuş ayənin təfsiri zamanı, bu surələrin də oxunmasına sifariş olunmuşdur.