14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

Doğru yol İmam Əlinin (ə) özüdür!

Doğru yol İmam Əlinin (ə) özüdür!
Fatihə surəsində oxuyuruq ki, “bizi doğru yola hidayət et, o kəslərin yoluna ki, onlara nemət veribsən”. Bu ayənin hədislər əsasında olan təfsirində deyilir ki, burada “doğru yol”dan məqsəd İmam Əlidir (ə).
Bu ayəni təfsir edən digər bir ayə Nisa surəsinin 69 ayəsidir və həmin doğru yolun nə olduğunu və bu yolda olanların və nemət verilənlərin kimlər olduğunu təfsir edir. Bu ayəyə görə doğru yolda olanlar Allah (c.c) və Peyğəmbərdən (s) itaət edənlərdir. Və bu itaətkarlar Qiyamət günü o kəslərlə olacaqlar ki, Allah-Taala onlara nemət veribdir. Nemət verilmiş kəslər isə aşağıdakılardır:
1). Peyğəmbərlər; 2). Siddiqlər (doğrudanışanlar); 3). Şəhidlər; 4). Saleh insanlar.
Biz nemət verilmiş kəslərin kimlər olduğuna baxanda görürük ki, İmam Əli (ə) həm siddiq, həm şəhid və həm də salehdir. Daha doğru desək bu üç sifət O həzrətdə öz kamal dərəcəsinə çatıbdır. Burada təkcə “peyğəmbərlik” sifəti İmam Əlidə (ə) yoxdur ki, bunun da yerinə Allah-Taala O həzrətə “İmamət” məqamını nemət olaraq vermişdir.
Deməli “Fatihə” surəsində doğru yol və nemət verilmişlərin ən bariz nümunəsi başda Peyğəmbər (s), Həzrət Zəhra və İmam Əli (ə) olmaqla, əhl-beytdən (ə) olan bütün məsum imamlardırlar.
Buna görə də bəzi hədislərdə İmam Əlinin (ə) “siratəl-müstəqim” (ən doğru yol) olaraq tanıtdırılmasında heç bir qəbahət yoxdur. Çünki Peyğəmbərin (s) gətirdiyi dində ümmət arasında Allah və Peyğəmbərə (s) itaətdə, siddiqlik, şəhidlik və salhelik məqamının ən yuxarı dərəcəsinə çatmaqda İmam Əlidən (ə), Həzət Zəhradan (s) və onların övladları olan 11 məsum imamdan üstün bir nümunə yoxdur.
سورة الفاطحة: اهْدِنَا الصِّراطَ الْمُسْتَقيمَ (6) صِراطَ الَّذينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَ لاَ الضَّالِّينَ (7)
سورة النساء: وَ مَنْ يُطِعِ اللَّهَ وَ الرَّسُولَ فَأُولئِكَ مَعَ الَّذينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَ الصِّدِّيقينَ وَ الشُّهَداءِ وَ الصَّالِحينَ وَ حَسُنَ أُولئِكَ رَفيقاً (69)


MİRMƏHƏMMƏD BƏŞİR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir