Pak sülalə

Həzrət Məsumənin (s.ə) həyatına qısa bir baxış

 Həzrət Məsumənin (s.ə) həyatına qısa bir baxış

 Həzrət Məsumənin (ə) vəfatı münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o xanımın həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

  

 Xanım Məsumənin (ə) atası yeddinci imam həzrət Museyi-Kazim (ə) və anası Nəcmə xatundur. O həzrət 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açmışdır. Adı Fatimə, məşhur ləqəbi Məsumədir. Digər ləqəbləri isə belədir: Tahirə, Həmidə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Səyyidə, Uxtur-Riza.

  

 Yeddinci əsrin sünni alimi İbn Cövzi imam Kazimin (ə) dörd qızını Fatimə adı ilə qeyd etmişdir:

 1. Fatimeyi-Kubra;

 2. Fatimeyi-Suğra;

 3. Fatimeyi-Vusta;

 4. Fatimeyi-Uxra.

  

 Qeyd edək ki, Fatimeyi-Kubra həmin “Fatimeyi-Məsumə”dir ki, onun pak qəbri İranın müqəddəs Qum şəhərində şiələrin ziyarətgahına çevrilmişdir.

 “Bibi Heybət” adı ilə məşhur olan Fatimeyi-Suğra (və yaxud Həkimə) Bakı şəhərinin cənub tərəfinin girişində dəfn edilmişdir.

 Fatimeyi-Uxra “İmam bacısı” ləqəbi ilə məşhur olub, İranın Rəşt şəhərində dəfn olunmuşdur. (“Biharul-ənvar”, c. 48, səh. 286 və 317.)

 Fatimeyi-Vusta isə “Sitti-Fatimə” ləqəbi ilə İranın İsfahan şəhərində dəfn olunmuşdur. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir