14-Məsum (Əhli-Beyt)İmam Hüseyn (ə)

Həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) imam Hüseyn əleyhissalam üçün matəm saxlamış, onun başına gələcək müsibətlər barədə danışmış və imam Hüseynə (ə) ağlamışdır.

Həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) imam Hüseyn əleyhissalam üçün matəm saxlamış, onun başına gələcək müsibətlər barədə danışmış və imam Hüseynə (ə) ağlamışdır.
.
Bu yazı dünənki yazının təkmilləşməsidir. İmam Hüseynə (s) matəm saxlamağın dini əsası olmadığını deyən insanlara tutarlı cavablar verildi, indi isə sevimli Peyğəmbərin (s) özünün imam Hüseynə (s) matəm saxlaması və onun üçün ağlaması barədə Əhli-sünnənin ən mötəbər hədis kitablarından yalnız səhih hədislərin bir neçəsini nəql edirik. Ümid edirik ki, bu iki məqalə hidayət olmaq istəyən əhli-sünnə qardaşlarımızın hidayətinə səbəb olacaqdır.
.
1- Həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) imam Hüseynin (s) təvəllüdünün ilk günlərində onun üçün ağlaması.
.
Bu hədis əhlli-sünnənin birinci dərəcəli sənəd kitabalrında yazılmışdır, Səhihi-Buxari və Səhihi-Muslim kitablarının təkmilləşməsini yazmış Hakim Nisaburi bu hədis barədə yazır:

هذا حديث صحيح علي شرط الشيخين

“Bu hədis Buxari və Müslimin şərtlərinə əsasən səhihdir.”
İndi isə hədisin mətni: Hədisin nəqli Harisin qızı Ümmül-fəzldəndir.

انها دخلت علي رسول الله(ص) فقالت: يا رسول الله اني رأيت حلما منكرا الليله، قال: وما هو؟ قالت: انه شديد قال: وما هو؟ قالت: رأيت كأن قطعه من جسدك قطعت ووضعت في حجري، فقال رسول الله (ص): رأيت خيرا، تلد فاطمه – إن شاء الله – غلاما فيكون في حجرك، فولدت فاطمه الحسين فكان في حجري – كما قال رسول الله (ص) – فدخلت يوما إلي رسول الله (ص) فوضعته في حجره، ثم حانت مني التفاته فإذا عينا رسول الله (ص) تهريقان من الدموع قالت: فقلت: يا نبي الله بأبي أنت وأمي مالك؟ قال: أتاني جبرئيل عليه الصلاه والسلام فأخبرني ان امتي ستقتل ابني هذا، فقلت: هذا؟ فقال: نعم، وأتاني بتربه من تربته حمراء

“O (Harisin qızı Ümmül-fəzl) Allahın Rəsulunun (s) yanına gələrək dedi: -ey Allahın Rəsulu (s)! Mən gecə çox pis yuxu görmüşəm. (Peyğəmbər) buyurdu: -Nədir o (gördüyün yuxu)? Dedi: -Çox pis idi. (Peyğəmbər) buyurdu: -Nədir o (gördüyün yuxu)? Dedi: -Gördüm ki, sizin bədəninizdən bir parça qopub (kəsilib) mənim qucağıma düşür. Allahın Rəsulu (s) buyurdu: -Xeyir (yaxşı) yuxu görmüsən, (qızım) Fatimənin inşaAllah oğlu olacaq, sənin qucağına qoyulacaq (sən uşağın dayəsi olacaqsan). Bir müddət sonra Fatimə Hüseyni dünyaya gətirdi və Allahın Rəsulu (s) dediyi kimi mənim qucağımda oldu (dayəsi mən oldum). Bir gün Allahın Rəsulunun (s) yanına gəldim və uşağı onun qucağına qoydum. Allahın Rəsulu (s) mənə lütfkarlıq göstərdi və gözləri yaşla doldu. Dedim: ey Allahın Peyğəmbəri! Atam-anam sizə fəda olsun, sizə nə oldu? (Peyğəmbər) buyurdu: – (mələk) Cəbrail əleyhissalam yanıma gələrək mənə xəbər verdi ki, gələcəkdə mənim ümmətim (müsəlmanlar) bu oğlumu öldürəcəklər. Dedim: – Bunu? Buyurdu: – Bəli, (Cəbrail) həmin yerdən (Kərbəladan) bu qırmızı torpağı da məmin üçün gətirib.”

əl-Mustədrək aləs-səhihəyni Buxari və Muslim 3-cü cild 176-cı səhifə
Tarixu Diməşq (İbn Əsakir) “həyatul imam Hüseyn (ə) 183-cü səhifə
Məcməuz zəvaid 9-cu cild 179-cu səhifə
Məqtəlu Xarəzmi Hənəfi 1-ci cild 159 və 162-ci səhifələr
Həmçinin bax:
Tarixu İbn Kəsir 6-cı cild 230-cu səhifə
Əmali əs-Sicri 188-ci səhifə
əl-Fusulil muhimmə (İbn Səbbağ Maliki) 154-cü səhifə
ər-Rəvzin nəzir 1-ci cild 89-cu səhifə
əs-Savaiqil muhriqə 115-ci səhifə
əl-Xəsaisul kubra 2-ci cild 125-ci səhifə
və başqa kitablar…
.
2- Həzrət Muhəmməd (s) Ümmü Sələmənin evində imam Hüseynə (ə) matəm saxlayıb
.
Ümmü Sələmə həzrət Muhəmmədin (s) vəfalı həyat yoldaşlarından biridir ki, o həzrətin həyatı barədə bizlər üçün çox məlumatlar çatdırmışdır. Onun evində Allahın Rəsulunun (s) imam Hüseynə (ə) əza saxlamasını Ümmü Sələmə belə nəql edir:

كان رسول الله صلي الله عليه وسلم جالسا ذات يوم في بيتي قال لا يدخل علي أحد فانتظرت فدخل الحسين فسمعت نشيج رسول الله صلي الله عليه وسلم يبكي فأطلت فإذا حسين في حجره والنبي صلي الله عليه وسلم يمسح جبينه وهو يبكي فقلت والله ما علمت حين دخل فقال إن جبريل عليه السلام كان معنا في البيت قال أفتحبه قلت أما في الدنيا فنعم قال إن أمتك ستقتل هذا بأرض يقال لها كربلاء فتناول جبريل من تربتها فأراها النبي صلي الله عليه وسلم

“Bir gün (həyat yoldaşım) Allahın Rəsulu (s) mənim evimdə oturmuşdu, buyurdu: -Heç kim mənim otağıma daxil olmasın. Mən otaqdan kənarda gözləyirdim (ki, nə vaxt mənə otağa daxil olmaq üçün icazə veriləcək). Bu vaxt Hüseyn (ə) otağa daxil oldu. Birdən Allahın Rəsulunun (s) ağlamaq səsini eşitdim və otağa boylandım. Gördüm ki, Hüseyn (ə) Peyğəmbərin (s) dizlərində oturub və Peyğəmbər –səllAllahu əleyhi və alih- onun alnını əli ilə sığallayaraq ağlayır. Dedim: -And olsun Allaha, Hüseynin (ə) otağa necə girməsindən xəbərim olmayıb, yoxsa (onun qarşısını alaraq) otağa girməyə qoymazdım. Allahın Rəsulu (s) buyurdu: -(mələk) Cəbrail əleyhissalam indi bizimlə otaqda idi. Mənə dedi: Hüseyni (ə) sevirsənmi? Dedim: Bəli. Cəbrail dedi: Həqiqətən sənin ümmətin (müsəlmanlar) Kərbəla adlı yerdə bunu öldürəcəklər. Bu sözü dedikdən sonra (Cəbrail) o yerin torpağından gətirdi. Peyğəmbər –səllAllahu əleyhi və alih- o torpağı gördü.”
Məcməuz zəvaid (Həysəmi) 9-cu cild 188-ci səhifə
Həysəmi bu hədisi nəql etdikdən sonra yazır: “Bu hədisi Təbərani də nəql etmişdir, bu hədisin sənədlərindən birinin bütün raviləri (hədisi danışanlar) etibarlı insanlardlrlar. (Yəni hədis səhihdir.)
Bu hədis azacıq kəlmə fərqləri ilə başqa sənəd kitablarında da yazılmışdır, o cümlədən:
əl-Mucəmul kəbir (Təbərani) 3-cü cild 109-cu səhifə
Musnədu İbn Rahviyə 4-cü cild 131-ci səhifə
.
3- Həzrət Muhəmməd (s) Aişənin evində imam Hüseynə (ə) matəm saxlayıb
.
Həzrət Muhəmmədin (s) digər həyat yoldaşı Aişə deyir:

دخل الحسين بن علي رضي الله عنهما علي رسول الله صلي الله عليه وسلم وهو يوحي إليه فنزا علي رسول الله صلي الله عليه وسلم وهو منكب وهو علي ظهره فقال جبريل لرسول الله صلي الله عليه وسلم أتحبه يا محمد قال يا جبريل ومالي لا أحب ابني قال فان أمتك ستقتله من بعدك فمد جبريل عليه السلام يده فأتاه بتربه بيضاء فقال في هذه الأرض يقتل ابنك هذا واسمها الطف فلما ذهب جبريل عليه السلام من عند رسول الله صلي الله عليه وسلم خرج رسول الله صلي الله عليه وسلم والتزمه في يده يبكي فقال يا عائشه إن جبريل أخبرني أن ابني حسين مقتول في أرض الطف وان أمتي ستفتن بعدي ثم خرج إلي أصحابه فيهم علي وأبو بكر وعمر وحذيفه وعمار وأبو ذر رضي الله عنهم وهو يبكي فقالوا ما يبكيك يا رسول الله فقال أخبرني جبريل عليه السلام ان ابني الحسين يقتل بعدي بأرض الطف وجاءني بهذه التربه وأخبرني أن فيها مضجعه

“Hüseyn ibn Əli (Allah ondan razı olsun) Allahın Rəsulunun (səllAllahu əleyhi və alih) yanına gəlmişdi. Allahın Rəsulu (s) həmin an həzrət Cəbraildən vəhy eşidirdi. Cəbrail soruşdu: -Ey Muhəmməd! Hüseyni sevirsənmi? Allahın Rəsulu (s) buyurdu: Oğlumu sevməyə bilərəmmi? Cəbrail dedi: Səndən sonra sənin ümmətin (müsəlmanlar) onu öldürəcəklər. Sonra Cəbrail əlini uzadaraq Peyğəmbərə (s) ağ torpaq verdi və dedi: -Oğlunu Təff (Kərbəlanın adlarından biri) adlanan yerdə öldürəcəklər. Cəbrail gedəndən sonra Allahın Rəsulu (s) otaqdan çıxıb mənə dedi: -Ey Aişə! Cəbrail mənə oğlum Hüseynin (ə) Təff adlı yerdə öldürüləcəyini dedi, mənim ümmətim məndən sonra imtahana çəkiləcəklər. Sonra Allahın Rəsulu (s) ağlar halda səhabələri Əli, Əbubəkr, Ömər, Hüzeyfə, Əmmar və Əbuzərə qoşuldu. Səhabələr dedilər: Ey Allahın Rəsulu (s)! Nə üçün ağlayırsan? Allahın Rəsulu (s) buyurdu: -Cəbrail mənə oğlum Hüseynin Təff ərazisində şəhid ediləcəyi xəbərini çatdırdı, bu torpağı da Hüseynin (ə) dəfn ediləcəyi həmin yerdən gətirib.
əl-Mucəmul kəbir (Təbərani) 3-cü cild 107-ci səhifə
Məcməuz zəvaid (Həysəmi) 9-cu cild 187-ci səhifə
Tarixu mədinətu Diməşq (İbn Əsakir) “tərcumətul imamul Hüseyn” 7-ci cild 260-cı səhifə
.
4- İmam Hüseyn (ə) şəhid olduqdan sonra Allahın Rəsulunun (s) əzadarlıq etməsi
.

حَدَّثَنَا أَبُو سَعِيدٍ الْأَشَجُّ حَدَّثَنَا أَبُو خَالِدٍ الْأَحْمَرُ حَدَّثَنَا رَزِينٌ قَالَ حَدَّثَتْنِي سَلْمَي قَالَتْ دَخَلْتُ عَلَي أُمِّ سَلَمَه وَهِيَ تَبْكِي فَقُلْتُ مَا يُبْكِيكِ قَالَتْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّي اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَعْنِي فِي الْمَنَامِ وَعَلَي رَأْسِهِ وَلِحْيَتِهِ التُّرَابُ فَقُلْتُ مَا لَكَ يَا رَسُولَ اللَّهِ قَالَ شَهِدْتُ قَتْلَ الْحُسَيْنِ آنِفًا

“Səlma deyir: Mən (Peyğəmbərin həyat yoldaşı) Ümmü Sələmənin evinə daxil oldum və o, ağlayırdı. Ona dedim: -Nə üçün ağlayırsan? Dedi: – Yuxuda Allahın Rəsulunu (s) saçları və saqqalı toz-torpaqlı halda gördüm. Dedim: – Ey Allahın Rəsulu (s)! Sənə nə olub? Buyurdu: Elə indi Hüseynin (ə) öldürüldüyünü (şəhid edildiyini) öz gözlərimlə gördüm.”
Sünəni Tirmizi 12-ci cild 195-ci səhifə “kitabu fəzailus səhabə”
.
Yazdığımız hədislərdə gördünüz ki, həzrət Muhəmməd (s) də imam Hüseyn (ə) üçün əza saxlamış və onun üçün ağlamışdır, özü də Aşura hadisəsindən və imam Hüseynin (ə) şəadətindən illərcə öncə. Bu özü imam Hüseynin (ə) əzadarlıq və matəminin əhəmiyyətinin göstəricisidir.
Qeyd etdiyimiz hadisələrdə həzrət Muhəmmədin (s) həyat tərzi və sünnəsi imam Hüseyn əleyhissalama matəm və əza saxlayaraq ağlamağın şəri (dini) cəhətdən dəlil və sübutu deyilmi?

Rza Əzizoğlu İrəvani

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir