14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

Hz.Əlinin (ə) vəsiyyətnaməsindən bir parça

Həzrət buyurub:

“Bu, Allahın bəndəsi Əli ibn Əbu Talibin yazdığı vəsiyyətdir. O, bu vəsiyyəti Allah yolunda (vəqf olunan) mal-dövləti üçün yazır, bu ümidlə ki, Allah bu əməl vasitəsi ilə onu bəzi üzlərin ağ, bəzilərinin qara olduğu gündə cənnətə daxil edib cəhənnəm odundan uzaq saxlasın. Həqiqətən, mən Yənbü və onun ətrafında olan mallarımın hamısını sədəqə (vəqf) verdim.”

Bütün bu gözəl əməl və ibadətlərə baxmayaraq, müharibədən qayıdan zaman ağlayaraq buyurmuşdu:

“Qorxuram ki, ömrümün axırında xoşbəxtliyin ən yüksək mərtəbəsinə – Allah yolunda şəhadət feyzinə nail olmayım.”

Nəhayət, Peyğəmbər (s) ona, ömrünün axırında şəhid olacağını müjdə verdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir