Bismillahir-rəhmanir-rəhim
“Həqiqətən, Biz sənə Kövsər bəxş etdik!”[1] “Kövsər”, Peyğəmbəri-ərkəmə (s) verilmiş Allahın sirridir. Ağıl həqiqətin aşağı mərhələsini dərk edə bilər, amma yuxarı mərtəbələri dərk etmək üçün sirr olmaq lazımdır. Üveys Qərəni kimi. Çöllərdə dəvə otaran olmasına baxmayaraq onun dərk edə bildiyini başqaları dərk edə bilmirdi.
İmam Həsən Əskəri (ə) buyurur: “Biz Allahın camaata olan höccətiyik, Fatimə(s) isə Allahın bizə olan höccətidir”[2].
Müasir nəsil üçün örnək yoxluğu böhran yaratmışdır. Halbuki, Mütəal Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu sizlər üçün gözəl örnəkdir!”[3]
İnsan üçün örnək lazımdır və bu fitri bir məsələdir. İnsan bütün həqiqətləri bir insanlıq formasında görməyə çalışır. Sirrin nəzəri olmasını istəmir. Əgər insan dünyanın harasındasa belə bir insanlıq örnəyinin olduğunu bilsə, onun vücudundakı həqiqətin özündə də olmasını istəyir. Belə bir şəxs cahanşümuldur, amma dünyanın bir küncündə qalıb. Onun danışması, bir söz deməsi lazım deyil. Həzrət Ayətullah Behcət (rh) dünyanın bir qırağında oturmuşdu. Mənəviyyat, Günəş nuru kimi ondan hər tərəfə saçırdı. Onun nurunun şüası bütün şiə aləminə yetişirdi.
Həzrət Fatimeyi-Zəhra (s) elə bir şəxsiyyətdir ki, bütün ilahi insanlar onu özünə örnək olaraq qəbul edirlər. Höccət olanlar, özlərindən üstün anaları Fatiməni (s) özləri üçün höccət bilirlər. İmam Zaman (əc) ilk xütbəsində buyurur: “Peyğəmbərin (s) qızında mənim üçün gözəl örnək vardır”[4]. Yəni, mənim həyatımın örnəyi həzrət Zəhradır (s). O, ilahi şəxsiyyətlərini əsası və Əhli-beyt (ə) xeyməsinin sütunudur.
Əllamə Məclisi “Biharul-ənvar” kitabında yazır: “Übeyd Hərəvi “Ğəribin” kitabında yazıb: Həzət Fatimə (s) və həzrət Məryəmin (s) ləqəblərindən biri də Bətuldur. Həzrət Məryəm (s) ona görə Bətul adlanıb ki, kişilər onun həriminə daxil olmayıblar. O, bütün kişilərdən uzaq gəzirdi. Həzrət Fatimə (s) ona görə Bətul adlanıb ki, dünyada onun kimisi yox idi. O, varlıq aləminin və vücudun ruhudur. Onun vücudu möcüzədir”[5].
Şiə və əhli-sünnədən mütəvatir şəkildə nəql olunan hədisdə deyillir ki, Peyğəmbər (s) buyurdu: “Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun razılığı ilə razı olur”[6]. Onun sevinci ilə sevinir, onun qəzəbi ilə qəzəblənir.
Bu rəvayəti təhlil etmək lazımdır. Burada çox dərin mətləblər vardır və Allahın Rəsuli-əkrəmə (s) buyurduğu bu ayə ilə uyğundur: “(Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı”[7].
Mütəal Allah buyurur: “Ox atan Mənəm”. Yəni fel məqamında Peyğəmbəri-ərkəmin (s) iradəsi Allahın iradəsində məhv olmuşdur. Həmçinin, Fatimənin (s) də iradəsi Allahın iradəsində məhvdir. Fatimənin (s) qəzəbi, Allahın qəzəbinin zühurudur. Fatimə razı olsa, Allahın razılığının zühurudur. Ona görə də biz Fatimənin (s) razılığını qazana bilsək, onda bütün razılığı qazanmışıq. Seyri-süluk budur. Seyri-süluk, Əhli-beytin (s) astanasında fani olmaqdır.
Bizim bütün işlərimiz Əhli-beytin (ə) astanasına çatmaq, onların həyatda və ürəkdəki varlarından bizim həyatımız və ürəyimizdə də zühur etməsini əldə etmək üçün müqəddimədir.
Peyğəmbəri-əkrəm (s) bu bəyanı ilə bütün müsəlmanların hidayət olması və düz yoldan sapınmaması üçün yol göstərmişdir. Şiə və əhli-sünnədən mütavatir surətdə nəql olunan bu hədisə hər kəs əməl etsə, hidayət olacaqdır.
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu
———————————————–
[1] . “Kövsər” surəsi, ayə 1.
[2] . “Əvalimul-ulumi vəl-məarifi vəl-əhvali minəl-ayati vəl-əxbari vəl-əqval”, c. 11, səh. 1030.
[3] . “Əhzab” surəsi, ayə 21.
[4] . Tusi, “Əl-ğeybə”, səh. 286.
[5] . “Biharul-ənvar”, s. 43, səh. 16.
[6] . “Məanil-əxbar”, səh. 303.
[7] . “Ənfal” surəsi, ayə 17.