14-Məsum (Əhli-Beyt)İmam Muhəmməd Baqir (ə)

İmamət və vilayətin beşinci parlaq ulduzunun avtobioqrafiyası

Imam Mühəmməd Baqir(ə) İmamət və vilayətin beşinci parlaq ulduzunun avtobioqrafiyasıImam Mühəmməd Baqir(ə)

İmamət və vilayətin beşinci parlaq ulduzunun avtobioqrafiyası

İmamət üfüqünə əbədi olaraq parlayan beşinci günəşin həyatı başdan-başa elm və dəyərli şeylərdən ibarət idi. Həmin səbəbdən, onu “Baqirul-ulum” adlandırmışdılar. Ona görə ki, o, elmin çətinliklərini yaran və mərifətin mürəkkəbliyini aradan qaldıran, cəhalət və zülmün zülmətində gizlənən dəyərləri yenidən canlandıran və onları aşkar edəndir. O, zülmün hakimiyyəti və İslam ümmətinin dini düşüncələrininndəyişkənliyi dövründə dünyaya gəlmişdir ki, mərifətin xəbər gətirəni və Məhəmmədə mənsub xalis İslamın dirçəldəni olsun. Müəllifin bu məqaləni yazmaqdakı məqsədi oxucuları müxtəsər şəkildə o həzrətin həyatının azacıq bir hissəsi ilə tanış eləsin.

İmam Məhəmməd Baqirin (ə) dünyaya gəlməsi

Həzrət Əbu Cəfər “Baqirul-Ulum” (ə) Mədinə şəhərində dünyay gəlmişdir. Əksər tarixçilərin nəzəri və rəvayət kitablarına əsasən o həzrət hicri 57-ci ildə doğulmuşdur. (1) Bu nəql imam Baqirin (ə) cəddi Hüseyn ibn Əlinin (ə) şəhadəti zamanı Tiff (Kərbəla) ərazisində olması və ömründən üç ilin keçdiyini göstərən rəvayətlə uyğunluğu vardır. (2) Amma o həzrətin handı ay və gündə doğulması barədə tarixçilər arasında fikir ayrılığı vardır. Bəziləri onun hicri 57-ci ilin Səfər ayının üçü (3), bəziləri hicri 57-ci ilin Səfər ayının beşi (4), Bəziləri də hicri 57-ci ilin Rəcəb ayının birinci cümə günü (5), bir qrup hicri 57-ci ilin Rəcəb ayının bazar ertəsi və ya birinci çərşənbə axşamı doğulduğunu söyləmişlər.(6) Amma əksər tarixçilər birinci nəzəriyyəni qəbul etmişlər.

İmam Baqirin (ə) üstün nəsli

İmam Baqirin (ə) ata və ana tərəfdən şəcərəsi pak olan nübuvvət nəslinə çatır. O, Ələvi xanədanında iki imamət dəryasının (Həsən ibn Əli (ə) və Hüseyn ibn Əli (ə)) qovuşmasından doğulan ilkin övladdır. (7) Atası Əli ibn Hüseyn(Zeynəl-Abidin (ə)) və anası Ümmü Abdullah Fatimədir. O, imam Həsən Müctəbanın (ə) qızıdır. (8)

İmam Baqirin (ə) möhtərəm anası paklıq və doğruluqda elə bir nümunə idi ki, ona “Siddiqə” ləqəbi vermişdilər. (9) O həzrət anasını belə vəsf etmişdir:

“Bir gün anam divarın kənarında əyləşmişdi. Birdən divar az qaldı ki, tökülüb dağılsın. Anam əlini divara qoydu və belə dedi: And olsun Mustafanın (s) haqqına, sənin uçmağa icazən yoxdur. Divar anam oradan uzaqlaşana qədər yerində dayandı və sonra uçdu.” (10)

Adı, Künyə və ləqəbləri

O həzrətin adı Məhəmməd, künyəsi Əbu Cəfər (11) və ləqəbləri Baqir, Şakir, Hadi və Əmindir. O həzrətin ən məşhur ləqəbi Baqir hesab olunur. əksər mənbələrin çoxu buna işarə edir. (12) Onun üçün bu ləqəbin təyin olunmasının hikməti barədə belə qeyd edilmişdir:

  • Elmin çətinliklərini yaran və biliyin mürəkkəb məsələlərini həll edən idi. (13)
  • Sahib olduğu məlumat və elminin əhatəliliyinə görə Baqir adlandırılmışdır. (14)
  • Uzun səcdələr nəticəsində alnı qabar bağlamışdır. (15)
  • Hökmləri ümumi qanunlar mətnindən xaric edərək əldə edirdi. (16)

İmam Məhəmməd Baqirin (ə) zövcələri

Tarixi mənbələrdə imam Baqirin (ə) Qasib ibn Məhəmməd ibn Əbu Bəkrin qızı Ümmü Fərvə və Useyd ibn Muğeyrə Həsqəfinın qızı Ümmü Həkim adlı iki zövcəsinin olması qeyd edilmişdir. Onların hər ikisinə Ümmü Vələd də demişlər. (17)

İmam Baqirin (ə) övladları

İmam Baqir (ə) yeddi övlada malik idi. Onların adları belədir: Cəfər ibn Məhəmməd Sadiq (ə), Abdullah, İbrahim, Ubeydullah, Əli, Zeynəb və Ümmü Sələmə. Əlbəttə, bəzi mənbələrdə imam Baqirin (ə) yalnız altı övladının olması qeyd edilmişdir. Onlar o həzrətin Ubeydullah adlı övladının olmamasına etiqadlıdırlar. (18). Bir qrup da belə söyləmişdir: “İmam Baqirin (ə) iki qızı olmamışdır və Zeynəb, Ümmü Sələmə həqiqətdə, o həzrətin bir qızının iki adıdır.” (19)

İmam Məhəməd Baqirin (ə) elmi fəaliyyəti

Hədislərin nəql edilməsinin ikinci xəlifə zamanında qadağan olunması və sonra da yalançı hədislərin yayılması camaatın hidayət yolundan xaric olmasına səbəb olmuşdu. Camaatın xəbərsizliyi islami fəthlərin genişləndiyi zaman özünün zirvə nöqtəsinə çatdı. Rəhbərlər və onlara tabe olmaqla camaat ölkələri genişləndirmək, zahiri və maddi  məsələlərlə o qədər məşğul oldular ki, elmi fəaliyyət və dini baxımdan fərdlərin yetişdiriməsi bir kənara qoyuldu. (20)

İmam Baqir (ə) və sonra imam Sadiq (ə) zamanında Bəni-Üməyyə hökuməti öz hakimiyyətinin son günlərini yaşamaqda və Bəni-Abbas xilafət libasını qəsb eləmək ardınca idi. Nəticədə, yaranan boşluq islami cəmiyyətin ideoloji inkişafı üçün münasib olan bir zəminə hesab edilə bilərdi.

Şiənin fiqh və təfsir sənədlərinə qısa bir nəzər salmaqla şiə fiqhi, əxlaqi və təfsir rəvayətlərinin əksər hissəsinin imam Baqirdən (ə) nəql olunduğunu çox yaxşı şəkildə anlamaq olar. “Vəsailuş-şiə” və Bəhraninin “Əl-Burhan”, Feyz Kaşaninin “Safi” adlı təfsir mənbələri fiqhi məsələlərin bəyanı və Quran ayələrinin izahı, onların nazilolma səbəbi barədə çoxlu sayda rəvayətləri əhatə edir ki, onların hamısı imam Baqirdən (ə) nəql olunmuşdur. Bunlardan əlavə, Əmirəl-möminin (ə) və “Siffeyn” döyüşü haqda əksər tarixi hadisələr də o həzrət tərəfindən nəql edilmişdir. Həmçinin, əxlaq zəminəsində lakonik və mənalı cümlələr də nəql edilmişdir ki, onlar məsum imamın ruhundan və daxili kamalından qaynaqlanan həddən artıq gözəl cümlələrdir. (21)

İmam Baqirin (ə) cəmiyyətdə İslam əxlaqının yayılması zəminəsində göstərdiyi üstün fəaliyyətlərə misal olaraq o həzrətin təəssübkeş fərdlərlə mübarizə aparmasını nümunə göstərmək olar. O həzrət zöhdü  və təqvalı olmağı dünyəvi nemətlərdən istifadə etməklə zidd hesab etmirdi.

İslami cəmiyyətə dini rəhbərliyi öz öhdəsinə götürmüş olan imam Baqir (ə) öz zamanəsinin ictimai və mədəni məsələlərini tənzimləməyin kənarında layiqli şagirdlər yetişdirmiş və onları islami ölkələrə ezam eləmişdir. Cabir ibn Yezid Cofi, Məhəmməd ibn Müslim, Əban ibn Təğləb və Əbu Bəsir Əsədi imam Baqir (ə) məktəbində dərs öyrənmiş kəslər idi. Həmçinin, İbn Mübarək, Zöhri, Ovzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Munzir və Bilazəri də o həzrətin ravilərindən hesab edilirdilər. (22)

İmam Baqir (ə) dərs zəncirini yaratmaqda dörd hədəfi izləyirdi:

1. İslami nəzərlərin bütün zəminələrdə irəli sürülməsi, xüsusən də, digər dinlərin alimlərinin verdiyi sualların bəyan olunması. Bu mətləb də din ardıcıllarının imanının möhkəmlənməsinə səbəb olur, eyni zamanda, müsəlman olmayanlara İslamın üstünlüyünü tanıtdırırdı.İmam Baqir (ə) onun yanına gələn və müxtəlif əqidələrin ardıcılları olan hər bir kəslə elmi münazirə aparırdı. Camaat etiqadlarla bağlı olan elmdə (sxolastika elmi) o həzrətdən çoxlu sayda mətləblər öyrənmişdi. (23)

2. Ya Əməvi hökumətindən asılı olanların yaratdığı və ya Peyğəmbər (s) sünnəsinə bağlılığın olmamasından yaranan fiqhi, əqidəvi, tarixi, əxlaqi və  təfsirlə bağlı səhv və azğınlııqlara nisbətdə aydınlaşdırıcı rola malik olmaq.

3. Həmin dövrdə islami cəmiyyətə hakim olanların onun bəyanını qadağan etdiyi və camaatın ondan agah olmasının siyasi hakimiyyət sistemini lərzəyə saldığı dini məsələlərlə bağlı mərifət qapılarını açmaq. İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə belə qeyd olunmuşdur: Əməvilər camaatı imanla bağlı mövzuların öyrənilməsində azad buraxmış, amma şirkə qayıtmağa səbəb olan məsələlərin öyrənilməsini onlara qadağan etmişdi ki, əgər camaatı şirklə qarışmış bir işə vadar etsələr, onlar onun çirkinliyini başa düşə bilməsinlər. (24)

4. İmam Baqirin (ə) nəzəri mənbələri əsasında bir sıra islami alimlər qrupu yetişdirmək və onları o həzrətin nəzərlərini düzgün şəkildə çatdırmaq üçün başqa məntəqələrə ezam eləmək və nəticədə, Əməvilərin Peyğəmbər (s) Əhli-beytinin (ə) tanıtdırılmasındakı mənfi təbliğatını təsirdən salmaq.Eyni zamanda, o həzrətin bəzi Əhli-beyt (ə) tərəfdarlarının qüluvla yanaşı olan düşüncələrini aradan qaldırmaqla bağlı fəaliyyətləri onun atdığı ən mühüm addımlardan hesab edilir. (25)

İmamın siyasi mövqe və adımları

Əhli-beytin (ə) ən bariz nümunələrindən olan və şiələrin beşinci imamı sayılan imam Baqirə (ə) təbii ki, siyasi baxımdan camaatın əksəriyyəti və Əməvi hökumətinin müxalifləri üz tuturdu və həmin səbəbdən, hökumət tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılırdı. Əlbəttə, imam Hüseynin (ə) şəhadətindən sonra yaranan xüsusi vəziyyətə görə imam Baqir (ə) təqiyyə üsulundan istifadə edir və daha çox öz nəzəri məsələlərini dərslər şəklində bəyan eləyirdi.

Bu səbəbdən. O həzrətin həyatının cüzi məsələləri və bütün fəaliyyətləri tarix mənbələrində qeyd edilməmişdir. O həzrətin siyasi fəaliyyətlərini o qədər də müşahidə eləmək olmur. Bununla belə, əlimizdəki bir neçə məlumat imam Baqirin (ə) siyasi məsələlərdə öz meyar və mənbələrinə istinad edərək mövqe tutmasını və ictimai və siyasi məsələlərdə öz ardıcılları və bəzən də hökumət başçılarına yol göstərməsini nişan verir. Misal üçün, mənbələrdə qeyd edilmişdir ki, Hişam ibn Əbdülməlik həcc mövsümündə Məscidül-Həramda imam Baqirin (ə) təvaf etdiyini və camaatın onun ətrafında dövrə vuraraq ona sual verdiyini gördü. Camaatın belə diqqət göstərməsi və qayğısı onu özünə cəlb elədi. Əətrafındakılardan onun adını soruşdu və onun Məhəmməd ibn Əli olduğunu  söylədikləri zaman, təəccüblənərək dedi: “İraq camaatının ona heyran olduğu həmin kəsdir və ya İraq camaatının imamıdır!” (26)

Başqa bir rəvayətdə qeyd olunur ki, Hişam)guya həmin həcc mövsümundən sonra) imam Baqiri (ə) oğlu imam Sadiqlə (ə) birlikdə şam yeməyinə dəvət edir. İmam məclisə daxil olduqda, məclis əhlinin hamısına xilafət ənənəsinin əksinə olaraq birlikdə salam verdi və Əməvi xəlifəsinə Əmirəl-möminin deyə xitab eləmədi və icazə istəmədən əyləşdi. Hişam qəzəblə ağzını açaraq dedi ki, nə üçün siz camaatı öz imamətinizə tərəf dəvət edirsiniz? Məclisdə iştirak edənlər də əvvəlcədən sözləşdikləri kimi, həmin üslubu izlədilər. Bu zaman imam aşkarcasına Peyğəmbər (s) Əhli-beytinin (ə) dindəki mövqeyi və onların camatın hidayət məsələsinə öhdədar olmasını bəyan elədi. Eyni zamanda, Əməvilərin hakimiyyətinin müvəqqəti olmasına işarə etdi. Hişam əvvəlcə o həzrəti zindana saldırdı və sonra onu azad edib Mədinəyə yola salmaq məcburiyyətində qaldı. (27)

Bu iki məlümatdan belə başa düşülür ki, imam Baqirin (ə) hərəkatı Əhli-beyt (ə) imamlarına tərəf dəvət və onların məqam və dindəki rolunun tanıtdırılması, həmçinin, Əməvi xilafətinin və Hişamın İslam ümmətində ixtilaf yaratmaq üçün icad etdiyi və inkar oluna bilməz, eyni zamanda, ən azı islami ərazilərin bir hissəsində ciddi təsirlər qoyduğu onların haqq olması məsələsini inkar eləməyə yönəlmişdi.

İmam Baqirin (ə) bəzi fəzilətləri

İmamın həyatı şərafətli və üstün insanların həyatını tamamilə əks etdirən bir yaşayışdan ibarət idi. İmamın ən bariz xüsusiyyətlərindən biri onun universal və hərtərəfli olması idi.

Elmə diqqət yetirməsi onu əxlaq və mənəvi fəzilətlərdən qafil eləmir, mənəviyyat, ibadət və bəndəliyə üz tutması onu maddi həyat, ictimai münasibətlər və cəmiyyəti islah etməkdən saxlamırdı.

a) Təqva və zöhdün zirvə nöqtəsindəki fəaliyyət və təlaşı

Məhəmməd ibn Munkər imam Baqir (ə) əsrinin məşhur zahidlərdən idi və o, Tavus Yəmani, İbrahim ibn Ədhəm və digərləri kimi, sufiliyə meyilli olmuşdu. O, belə nəql edir:

“İsti yay günlərinin birində Mədinədən onun məntəqələrindən birinə tərəf yola düşdüm. Birdən belə bir isti havada Məhəmməd ibn Əlinin (ə) iri cüssəsi və iki köməkçisinin yardımı ilə işlə məşğul olduğunu və məişəti ehtiyaclarını təmin etməyə çalışdığını gördüm. Öz-özümə dedim: “Qüreyşin böyük şəxsiyyətlərindən olan belə bir şəxs qaynar olan və taqət kəsən belə havada, bu cüssə ilə dünya ardıncadır. Allaha and olsun, onun yanına gedib ona möizə eetməliyəm.” O həzrətə yaxınlaşdım və salam verdim. O, tər tökdüyü və tez-tez nəfəs aldığı halda, salamıma cavab verdi. Fürsəti qənimət bilib dedim:

“Allah işlərinizi avand eləsin! Nə üçün sizin kimi böyük bir şəxsiyyət belə bir şəraitdə dünya işləri və mal-dövlət ardıncadır? Əgər belə bir halda ölüm sizin ardınızca gəlsə, nə edəcəksiniz?!”

İmam Baqir (ə) əlini xidmətçilərinin əlindən çəkərək buyurdu: “Allaha and olsun, əgər belə bir vəziyyətdə ölüm sorağımca gəlsə, həqiqətən də, Allaha itaət etdiyim halda, dalımca gəlmişdir. Mənim bu təlaşımın özü elə Allaha itaət etməkdir. Ona görə ki, mən bu işlər sayəsində sənə və digərlərinə ehtiyac əlimi uzatmaqdan ehtiyacsız oluram. Ölümdən o zaman qorxmalıyam ki, Allaha qarşı günah etdiyim zaman mənim sorağıma gəlmiş olsun.””(28)

b) Cəmiyyətə arasındakı təsirli və islah edici iştirakı

İmam Baqir (ə) nəfsi baxımdan qane olması və məişət ehtiyaclarını təmin etmək üçün təlaş göstərməsnə və əməli olaraq da bu sahədə addım armasına baxmayaraq, əsla həyatını ruzi qazanmağa həsr etməmişdi, əksinə onun təlaşı cəmiyyət arasında islahedici və təsirli şəkildə iştirak etmək idi. Qeyd etdiyimiz kimi, imam Baqir (ə) öz zəmanəsində cəmiyyətdə elmi və əməli baxımdan ən böyük təsirə malik olan şəxs idi. İmam Baqirin (ə) islami cəmiyyətdəki həll edici rolunu bəyan etmək üçün aşağıdakı məsələni qeyd etmək kifayətdir:

Alimlərin bir qismi bu əqidəyə malikdir ki, fəqihlər silsiləsinin başlanğıcında camaatın ən çox fəqih olanı altı nəfərdir və onlar imam Baqir (ə) və imam Sadiqin (ə) şagird və səhabələridir. (29) İmam Rzanın (ə) müasirlərindən olan Həsən ibn Əli Əl-Vəşanın (30) sözləri bizim iddiamıza ən aydın dəlildi. O deyir: “Hədis ravilərindən olan doqquz yüz şeyx və böyük şəxsiyyətin Kufə məscidində tədrislə məşğul olduğunu və imam Baqir (ə) və imam Sadiqdən (ə) hədis nəql etdiyini gördüm.” (31)

c) Camaatın suallarına cavab vermək və elmi müraciət mənbəyi olmaq

Əbu Bəsir deyir: İmam Baqir (ə) Məscidul-Həramda əyləşmiş və onun sevən şəxslərin çoxu ətrafında dövrə vuraraq toplaşmışdılar. Bu zaman Tavus Yəmani bir dəstə ilə mənə yaxınlaşdı və soruşdu ki, bu camaat kimin ətrafına toplaşmışdır?

Dedim:”Məhəmməd ibn Əli ibn Hüseyn Baqirul-Ulum (ə) əyləşmiş və camaat onun ətrafına toplaşmışlar.” Tavus Yəmani dedi: “Mənim də onunla işim var.” Bu zaman yax;na getdi? Salam verib əyləşdi və dedi: “İcazə verirsinizmi bəzi mətləbləri sizdən soruşum?”İmam Baqir (ə)buyurdu: “Bəli, soruş!” (32)

Tavus Yəmani ondan suallarını soruşdu və imam (ə) onun suallarına tutarlı cavablar verdi.”

d) Məhrum olanlara yardım eləmək

İmam Baqir (ə) barəsində demişlər: “Əsla eşidilməmişdir ki, hansısa bir ehtiyaclı ona öz ehtiyacını bildirdikdə mənfi cavabla qarşılaşmış olsun.”

İmam Baqir (ə) daim tövsiyə edirdi ki, hansısa bir ehtiyaclı sizə üz tutduqda v ya siz onları səsləmək istədikdə, onlar barəsində ən yaxşı ad və sözlərdən istifadə edin (33) və onları pis, xoşagəlməz adlarla çağırmayın və onlara hörmətsizliklə rəftar etməyin.

İmam Sadiq (ə) buyurur:

“Atam digər qohumlarına nisbətdə maddi imkan baxımdan aşağı səviyyədə və məişət xərclərinin digərləri ilə müqayisədə ağır olmasına baxmayaraq, hər cümə ehtiyaclılara infaq edər və buyurardı: “Cümə günü digər günlərdən üstün olduğu kimi, cümə günündə edilən infaqların savabı daha çoxdur.”” (34)

e) Dostlarına nisbətdə səxavətli olması

Əmr ibn Dinar və Abdullah ibn Ubeyd belə deyir: “Elə bir vaxt olmazdı ki, biz imam Baqirin (ə) yanına getdikdə, o həzrət bizi hədiyyə, geyim və maddi şeylərlə qarşılamamış olsun. Həzrət belə buyurardı: “Bunları siz gəlməmişdən öncə tədarük görmüşdüm.”” (35)

Əsvəd ibn Kəsir deyir: “Fəqirliyə düçar oldum və dostlarım mənə yardım eləmədilər. İmam Baqirin (ə) yanına getdim və fəqirliyim və qardaşlarımın mənə etdikləri zülmdən şikayətləndim. O həzrət buyurdu: “Pis qardaş varlı və imkanlı olduğun zaman sənin halını soruşan, səni yada salar, amma fəqir və ehtiyaclı olduğun zaman, səndən uzaqlaşn və sənin  barəndə maraqlanmayan qardaşdır.” Sonra imam (ə) öz xidmətçilərinə göstəriş verdi ki, mənə yeddi yüz dirhəm gətrisinlər. Sonra buyurdu: “Bunları xərclə. Nə zaman qurtarsa və ehtiyacın olsa, məni öz halından xəbərdar elə!”” (36)

f) İctimai münasibətlərdə səbirli olması

Cəmiyyətdəki iştirakın ilahedici və təsirli olmasının əsas şərti fərdin səbirli ola bilməsindən ibarətdir. Bu  xüsusiyyət imam Baqirin (ə) həyatında ən ali şəkildə görülməkdədir.

Həmin üçün o həzrətin həyatındakı bu xüsusiyyəti nəzərə çatdırmaq üçün aşağıdakı bir hədisi nəql etməyimiz kifayətdir:

Qeyri-müsəlman (nəsrani) olana bir şəxs günlərin birində imamla qarşılaşır və onun bilinməyən bir səbəbdən o həzrətə qəlbində kini var idi. Həmin səbəbdən ağzını nalayiq sözlər dümək üçün açır və həzrətin adını fərqli şəkildə söyləyərək belə deyir: Sən bəqərsən (inəksən)! İmam qəzəblənmədənvə ona sərt reaksiya göstərmədən xüsusi aramlıqla ona belə buyurur: “Mən Baqirəm!”

Əvvəlki sözü ilə öz məqsədinə nail olmayan və imamı qəzəbləndirməyi bacarmadığını görən nəsrani şəxs deyir: “Sən aşpazın oğlusan!” Imam buyurdu: Bu, onun peşəsi idi (və onun üçün eyib və nöqsan hesab olunmur). Nəsrani olan şəxs bir qədər də həddini aşaraq və hədsiz kobudluq edərək dedi: “Sən qara dərili və zənci …qadının oğlusan!”

İmam (ə) buyurdu: “Əgər sən düz deyirsənsə və sənin vəsf etdiyim kimidirsə, Allahdan onu bağışlamasını diləyirəm. Əgər sənin iddian yalan və əsassızdırsa, Allahdan səni bağışlamasını diləyirəm.”

Bu an imam Baqirin (ə) hədsiz və qeyri-adi helm və səbrinin şahidi olan nəsrani şəxs müşahidə etdi ki, bu əsil və nüfuzlu şəxsiyyət yüzlərlə şagirdin ondan faydalanmaq kimi elmi və ictimai məqama malik və Qüreyş və Bani-Haşimin arasında üstünlük və himayəyə sahib olmasına baxmayaraq, onun bu acı dili müqabilində eynilə rəftar etmədi və səbirli dağ kimi, aramla dayanaraq onunla danışdı. Bu zaman öz vicdanının məhkəməsində özünü məğlub edilmiş və məzəmət olunan hesab elədi və dərhal söylədiklərinə görə üzr istədi və İslamı qəbul elədi. (37)

g) Dostlarla səmimi olmaq və onlara məhəbbət göstərmək

İmam Baqirin (ə) dostlarından biri olan Əbi Ubeydə deyir: Səfərdə imam Baqirlə birlikdə və onunla yoldaş idim. Səfər boyu ilk olaraq mən və sonra isə o həzrət öz miniyinə minirdi (və bu, ehtiramın ən son həddi idi). Miniklərimiz bir-birinin yanınca getdikdə isə mənimlə elə isti və mehriban davranaraq halımı soruşurdu ki, sanki bir qədər əvvəl bir-birimizin kənarında deyildik və məni uzun müddət axtarışdan sonra məni tapmışdı. Mən o həzrətə dedim: “Ey Allah Rəsulunun (s) övladı! Siz öz yaxınlarınız və dostlarınızla elə rəftar edirsiniz ki, mən bunun oxşarını başqalarında görməmişəm. Həqiqətən, digərləri də öz dostları ilə ilkin olaraq bu şəkildə və mehribancasına rəftar eləsələr, dəyərli və diqqətəlayiq hesab olunacaqdır.”

İmam Baqir (ə) buyurdu: “Əlini məhəbbətlə dostun əlinə qoymağın nə qədər dəyərli olduğunu bilmirsənmi? Möminlər bir-biri ilə görüşdükləri və əllərini mehribanlıqla sıxdıqları zaman, onlar bir-birindən ayrılana qədər günahları ağacın yarpaqlar kimi tökülər və bir-birindən ayrılana qədər onlar Allahın rəhmətindədirlər.”

h) Ailəyə nisbətdə məhəbbət və ehribanlıq

Ailə üzvləri və övladlara məhəbbət və mehribanlıq göstərmək dini və ilahi baxımdan özünün ən üstün xüsusiyyətili bir şey olaraq yalnız Əhli-beyt (ə) məktəbində özünü düzgün şəkildə nişan verməkdədir. Əhli-beytdən (ə) uzaq düşən – istər ümumiyyətlə dinə bağlı olmayan, istərsə də, dini Əhli-beytdən (ə) başqaları vasitəsi ilə qəbul edən şəxslər olsun – kəslər dəyərlər və duyğular arasında tarazlığı saxlamaqda ifrat və təfritə düçar olurlar.

Bir dəstə imam Baqirin (ə) yanına gəldi və o həzrətin evinə daxil oldu. İmamın övladlarından biri də həmin vaxtlar xəstə idi. Onlar həzrətin üzündə həddən artıq qəm-kədər əlamətini müşahidə etdilər. İmam Baqir (ə) övladının xəstəliyindən narahat olduğu üçün aramlıq tapa bilmirdi. Həmin kəslər bu vəziyyəti müşahidə etdikləri zaman öz-özünə dedilər ki, əgər bu uşağıın vəziyyəti pisləşsə (ölsə), ola bilsin ki, imamın həddən artıq qəm-kədərdən halı dəyişər və bizim ondan gözləmədiyimiz reaksiyalar verər. Elə bu düşüncədə idilər ki, ah-nalə səsi ucaldı və uşağın canını tapşırması və yanındakıların ona ağlaması məlum oldu. Onlar imam Baqirin (ə) halının necə olduğundan xəbərsiz idilər ki, imam onların əvvəlcə həzrətin simasında müşahidə etdiklərinin əksinə olaraq xoş sima ilə içəriyə daxil oldu. Qonaqlar dedilər: “Biz içəri daxil olduğumuzda sizin narahat və qəmgin olduğunuzu görüb biz də sizin halınızdan nigaran olduq ” İmam buyurdu:

“Biz istəyirik ki, əzizlərimiz sağlam və ağrı-acısız olsunlar, amma ilahi əmr yetişdiyində və Allahın təqdiri baş verdiyində, Allahın istəyini qəbul edir və onun iradəsi müqabilində təslim və razı oluruq.” (38)

i) Möminlərin ictimai hüquqlarına ehtiram eləmək

Zürarə deyir: İmam Baqir (ə) Qüreyşdən olan bir kişinin cənazəsində iştirak edirdi və mən də onunla birlikdə idim. Dəfndə iştirak edənlər arasında Əta da var idi. Bu zaman qadınların arasından müsibət görmüş biri ah-nalə və fəryad eləməyə başladı. Əta əzadar qadına dedi: “Ya sakit dayan, ya da mən buradan gedəcə və dəfndə iştirak eləməyəcəyəm.” Qadın sakit olmadı və ah-naləsinə davam elədi və Əta da geri qayıtdı və mərasimi yarımçıq qoydu.

Mən imam Baqirə (ə) Ətanın məələsini o həzrətə dedim və onun bir reaksiya verməsini gözlədim. İmam buyurdu: “Yolumuza davam edək və cənazəni dəfn edək, çünki hansısa bir səhv və bir qadının səs-küy salmasına görə hansısa bir haqqı kənara qoymalı olsaq və möminə nisbətdə ictimai vəzifəmizi yerinə yetirməsək, onda, müsəlmanlıq haqqını görməzdən gəlmişik.”

Zürarə deyir: Mərasimdən sonra cənazəni yerə qoydular və ona namaz qıldıq və dəfnetmə mərasimi davam elədi. Bu zaman əza sahibi irəli gəldi və imam Baqirə (ə) təşəkkürünü bildirdi və ona dedi: “Sizin çox yol getmək qüdrətiniz yoxdur, bu miqdarda iştirak elədiyiniz və gəldiyiniz üçün minnətdaram. İndi qayıdın.”

Zürarə deyir: “Mən imama dedim ki, əza sahibinin sizə qayıtmaq icasəi verdiyi halda, indi yaxşı olar ki, siz qayıdasınız, çünki mənim sizdən soruşmaq istədiyim bir sualım var. İmam buyurdu: “Öz içinə davam elə, biz əza sahibinin icazəsi ilə gələmişik ki, onun icazəsi ilə də qayıdaq. Bir möminin dəfnində iştirak eləməyin savab və mükafatı vardır və biz ona görə gəlmişik. İnsan möminin cənazəsinə ehtiram və dəfnində iştirak etdiyi miqdarda Allahdan mükafat alar.”” (39)

j) Camatın iqtisadi hüquqlarına ehtiram eləmək

Əbu Səmamə deyir: “İmam Baqirin (ə) yanına gedib dedim: “Sizə fəda olum! Mən Məkkədə qalamq istəyirəm. Amam murciə (40) məzhəbindən olan birinə borcum var. Sizin bu barədə nəzəriniz nədir? (Vətənə qayıdıb həmin şəxsin borcunu qaytarmağım yaxşıdır, yoxsa, həmin şəxs batil məzhəbdə olduğu üçün borcunu ödəməyi təxirə salaraq Məkkədə qalmağım?)”

İmam buyurdu: “Borclu olduğun şəxsə tərəf qayıt və borcunu ödə. Diqqətli ol və elə şəkildə həyat sür ki, ölüm zamanı və Allahla görüşdüyün zaman, başqası tərəfindən sənin öhdəndə kimsənin tələbi olmasın. Ona görə ki, mömin əsla xəyanət eləməz.”” (41)

k) Şərafətli və gözəl yaşayış

İmamlar (ə) öz zamanlarına və ictimai məsuliyyətlərinə mütənasib olaraq yaşayırdılar. Həzrət Əlinin (ə) hakimiyyətdə olduğu zamanlarda özünün öz ayaqqabısına pinə vurduğu, ən sadə və aşağı qiymətli paltarlardan istifadə etdiyi görülmüşdür. Əlbəttə, o həzrət yaşayış üslubunu hamıya tövsiyə eləmir və buyururdu: Mən cəmiyyətə hakim olduğum üçün xüsusi vəzifəyə malikəm və camaatın ən aşağı təbəqəsi kimi yaşamalıyam ki, onlar mənim vəziyyətimi müşahidə etməklə özlərində aramlıq və razılıq hiss etsinlər.

Amma digər imamlar hökumətin mösuliyyətini öz öhdələrinə götürmədikləri və xüsusi ictimai şəraitdə yaşadıqları üçün onların yamaqlı ayaqqabılar geyinməsi və qiyməti az olan paltarlar alması onların ictimai mövqeyinin zəifləməsinə və şiələrin təhqirinə və mənfi nəticələrə səbəb ola bilərdi. Onlar vəzifələrinin tələbinə uyğun olaraq düzgün ictimai ənənəyə riayət edir və cəmiyyətdə çərəfli şəkildə yaşayırdılar.

İmam Baqir (ə) hətta saqqalının düzəldilməsi barədə saç ustasına yol göstərir (42) və gözəl paltarların seçilməsi məsələsinə xüsusi diqqət yetirirdi. Belə ki, bəzən xəz parçalardan hazırlanmış möhtəşəm libaslar geyinir  (43) və diqqəti cəlb edən rəngdə olan və xoşagələn paltarla seçirdi. (44)

İmam Baqirin (ə) şəhadəti

İmam Baqir (ə) möhtərəm atası imam Zeynəl-Abidinin (ə) vəfatından sonra 19 il, on ay həyat sürdü və bütün bu müddət ərzində imamət vəzifələri, islami mədəniyyətin təbliğ və yayılması, şagirdlərin yetişdirilməsi, səhabə və camaata rəhbərlik, məxluqat arasında cəddi Peyğəmbərin (s) sünnəsini icra etmək, qəsbkar hökuməti düzgün rəhbərlik etməyə yönəltməkə və camaatı Allah və Peyğəmbərin (s) yer üzərindəki həqiqi rəhbər və məsum imamlarını tanımağa yönəltmək ilə məşğul oldu və bir an belə bu vəzifəni yerinə yetirməkdən qafil olmadı.

İmam Baqir (ə) Allaha bəndəlik etmək meydanı, dini dirçəltmək, elmi yaymaq və islami cəmiyyətə ictimai xidmətlər göstərmək istiqamətindəki bir ömürlük təlaşadan sonra hicri 114-cü ilin Zilhəccə ayının yeddisi şəhadətə çatdı. (45) Onun pak cəsədini Bəqi qəbirsanlığında atasının qəbri kənarında dəfn elədilər.

Əlbəttə, o həzrətin şəhadətə yetdiyi il barədə müxtəlif nəzəriyyələr vardır. Tarixçilərin bir qismi hicri 117-ci (46), bir qismi 118-ci (47), onların çox az bir qrupu da 116 (48), 113 (49), 115 (50) və 111-ci illəri (51) onun şəhadət ili kimi qeyd etmişlər. Amma əksər tarix mənbələri 114-cü ili diqqətdə saxlamışdır. (52)

Mündəricat

1. “Dəlailu əimmə”, səh. 194; “Üsuli-Kafi”, c.2, səh. 372; “İrşadun mufid”, c.2, səh. 56; “Misbahul-mutəhəccid”, səh. 557; “Elamul-vərə”, səh. 259, İbn Şəhr Aşub, “Mənaqib”, c.4, səh. 210; “Rovzətul-vaizin”, c.1, səh. 207; “Kifayətut-talib”, səh. 455; “Vəfiyyatul-əyan”, c.4, səh 174.

2. “Səbaikuz-zəhəb”, səh. 74; “Uyunil-mucizat”, səh. 75; “Əxbarud-duvəl və asarul-əvvəl”, səh. 11.

3. “Kəşful-ğummə”, c.2, səh. 318; “Əl-Fusulul-muhimmə”, səh. 216; Kəfəmi, “Misbah”, səh. 522; Şiblənci, “Nurul-əbsar”, səh. 142.

4. Lahici, Təzkirətul-əimmə, səh. 125.

5. “Dəlailu əimmə”, səh. 94; “Misbahul-mutəhəccid”, səh. 557; “Elamul-vərə”, səh. 259.

6. “Əyanuş-şiə”, c1, səh. 650.

7. İbn Şəhr Aşub, “Mənaqib”, c.4, səh. 208; Umdtut-talib, səh. 138-139; Mazandarani, “Nurul-əbsar”, səh. 151.

8. Bəzi mənbələrdə Ümmü Abdulla Fatiməni Həsən Musənnanın (Həsən ibn Həsən)  övaldı hesab edilmişdir. “Təzkirətul-xəvas”, səh. 302; “Vəfiyyatul-əyan”, c.4, səh. 174. Amam əksər mənbələrdə o, imam Həsən Müctəbanın (ə) vasitəsiz övladı kimi qeyd edilmişdir: “Tarixe Yəqubi”, c.2, səh. 320; Novbəxti, “Firəquş-şiə”, səh. 61; “Dəlailul-əimmə”, səh. 95; “Üsuli-Kafi”, c.2, səh. 372; “İsbatul-vəsiyyə”, səh. 150; “Elamul-vərə”, səh. 259; “Təzkirətul-xəvas”, səh. 302; “Əl-Bidayətu vən-nihayə”, c.9, səh. 309; “Əxbarud-duvəl və asarul-əvvəl”, səh. 111.

9. “Dəlailul-əimmə”, səh. 95.

10. “Uyunil-mucizat”, səh. 75; “İsbatul-hudat”, c.5, səh. 270; “Biharul-ənvar”, c.46, səh. 217; Mazandarani, “Nurul-əbsar”, səh. 44; “Əl-Ənvarul-bəhiyyə”, səh. 115.

11. Covhəri, “Məsirul-əhzan”, səh. 237; “Tarixe İbn Xəlləkan”, c.2, səh. 23; Təbərsi, “Taruxul-məvlid”, səh. 39; “Əl-Məarif”, səhş 215; “Seyru əlamun-nubəla”, c.4, səh. 401.

12. Səbaikuz-zəhəb, səh. 74; İbn Quteybə, uyunil-əxbar, c.1, səh. 312; İrşadu Mufid, c.2, səh. 156; “Təzkirətul-xəvas”, səh. 302; Miratul-cinan, c.1, səh. 248;Tarixe İbn Vərdi, c.1, səh. 248; Rovzətur-riyahəyn, səh. 67; Əs-Səvaiqul-muhriqə, səh. 210; Şəzəratuz-zəhəb, c.1, səh. 149.

13. “Tarixe Yəqubi”, c.2, səh. 302; “Seyru əlamun-nubəla”, c.4, səh. 402; Əl-Fusulul-muhimmə, səh. 211, Şəzəratuz-zəhəb, c.1, səh. 149.

14. “Tarixe Muvalid”, səh. 39; “Kəşful-ğummə”, c.2, səh. 318, “Təzkirətul-xəvas”, səh. 302; “Əyanuş-şiə”, c.1, səh. 650.

15. “Təzkirətul-xəvas”, səh. 302; “Əyanuş-şiə”, c.1, səh. 650.

16. Əl-Bidayətu vən-nihayə, c.9, səh. 309.

17. Öz sahibindən övladı olan kənizə Ümmü Vələd deyilir.

18. Təbəqatu İbn Səd, c.5, səh. 236; “Təzkirətul-xəvas”, səh. 306.

19. Elamul-vərə, səh. 265; Kəşful-ğummə, c.2, səh. 322; Əl-Fusulul-muhimmə, səh. 221; “Biharul-ənvar”, c.46, səh. 365.

20. Rəsul Cəfəriyan, Həyate fekri və seyasiye emamane şie, Ənsariyan nəşriyatı, İslami elmlər beynəlxalq tədris və tədqiqat mərkəsinin yardımı ilə nəşr edilmişdir. Səh. 294.

21. Həmin mənbə, səh. 302.

22. Məhəmməd Təqi Müdərrisi, Zendegi və simaye emam Muhəmməd Baqer (ə), Tərcümə: Məhəmmədsadiq Şəriət, səh. 32.

23. İrşadu Mufid, c.2, səh. 163.

24. Üsuli-Kafi, c.2, səh. 415-416.

25. Kəşşi, səh. 223-228.

[1]. اصول کافی، ج 8، ص120؛ ذهبى، ج 4، ص405؛ ارشاد مفید، ج 2، ص163-164.

26. Üsuli-Kafi, c.8, səh. 120; Zəhəbi, c.4, səh. 405; İrşadu Mufid, c.2, səh. 163-164.

27. Üsuli-Kafi, c.1, səh. 471.

28. İrşadu Mufid, c.2, səh. 159; Mənaqib, c.4, səh. 201; Kəşful-ğummə, c.2, səh. 330; Əl-Fusulul-muhimmə, səh. 213; Biharul-ənvar, c.46, səh. 287.

29. Mənaqib, c.2, səh. 295; Əimmətuna, c.1, səh. 351.

30. Hüseyn ibn Əli Əl-Vəşa imamiyyənin seçilmiş şəxsiyyətlərindən və imam Rzanın (ə) səhabələrindən biridir və Nəcaşi onun barəsində belə demişdir: «كان من وجوه هذه الطائفة» و «كان عينا من عيون هذه الطائفة». (“Əyanuş-şiə”, c.5, səh. 195)

31. Əyanuş-şiə, c.5, səh. 194.

32. Biharul-ənvar, c.46, səh. 355.

33. Ehqaqul-həqq, c.12, səh. 189.

34. Biharul-ənvar, c.46, səh. 295; Ə-Ənvarul-bəhiyyə, səh. 122; Əyanuş-şiə, c.1, səh. 653.

35. Biharul-ənvar, c.46, səh. 287; Kəşful-ğummə, c.2, səh. 334.

36. İrşadu Mufid, c.2, səh.146; Rovzətul-vaizin, c.1, səh. 204.

37. İbn Şəhr Aşub, Mənaqib, c.4, səh. 207; Biharul-ənvar, c.46, səh. 289.

38. İbn Quteybə, Uyunil-əxbar, c.3, səh. 66; “Biharul-ənvar”, c.11, səh. 86.

39. “Biharul-ənvar”, c.46, səh. 301.

40. Mürciə məzhəbi qondarma və batil məzhəblərdən biridir və onun tərəfdarları əmələ etiqadlı deyillər. İman iddiası ilə istədiklərini edirlər və məsumların hədislərində lənətlənmişdirlər. Müraciət edin: “Fərqu bəynəl-firəq.”

41. “İləluş-şəraye”, səh. 528; “Biharul-ənvar”, c.103, səh. 142.

42. “Biharul-ənvar”, c.46, səh. 299.

43. “Təbəqatu İbn Səd”, c.5, səh. 321; “Əlamun-nubəla”, c.4, səh. 407.

44. “Biharul-ənvar”, c.46, səh. 292.

45. “Firəquş-şiə”, səh. 61; “Elamul-vərə”, Zilhəccə ayı sözünün yerinə Rəbiül-əvvəl sözünü qeyd etmişdir, səh. 259.

46. “Tarixe Yəqubi”, c.2, səh. 320; “Təzkirətul-xəvas”, səh. 306; “Əl-Fusulul-muhimmə”, səh. 220; “Əxbarud-duvəl və asarul-əvvəl”, səh. 11, “İsafur-Rağib”, səh. 195; Mazandarani, “Nurul-əbsar”, səh. 66.

47. “Kəşful-ğummə”, c.2, səh. 322; “Vəfiyyatul-əyan”, c.4, səh. 174, “Tarixe Əbül-Vəfa”, c.1, səh. 248; “Tətimmətul-muxtəsər”, c.1, səh. 248; “Əyanuş-şiə”, c.1, səh. 650.

48. “Əl-Muxtəsəru fi əxbaril-bəşər”, c.1, səh. 203; “Tətimmətul-muxtəsər”, c.1, səh. 248.

49. “Əl-Muxtəsəru fi əxbaril-bəşər”, c.1, səh. 203; “Tətimmətul-muxtəsər”, c.1, səh. 248.

50. İbn Əsir, “Kamil”, c.5, səh. 180.

51. “Masərul-ənafə fi məalimul-xilafə”, c.1, səh. 152.

52. “Təbəqatul-kubra”, c.5, səh. 238; “Üsuli-Kafi”, c.2, səh. 372; “Tarixe Qom”, səh. 197; “İrşadu mufid”, c.2, səh. 156; “Dəlailul-əimmə”, səh. 94; “Tarixu Muvalid”, səh. 118, “Mənaqib”, c.4, səh. 210; “Seyru əlamun-nubəla”, c.4, səh. 409; “Əl-Ənvarul-bəhiyyə”, səh. 126; “Tarixe İbn Xəldun”, c.2, səh. 23; “Umdətut-talib”, səh. 137; “Şəzəratuz-zəhəb”, c.1, səh. 149.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir