14-Məsum (Əhli-Beyt)İmam Muhəmməd Baqir (ə)

İmam Baqir (ə) – Allah elminin xəzinəsi

Kəbənin ətrafı camaatla dolu idi və hamı Allah evini təvaf etməklə məşğul idi. Hər kəs dualarını zümzümə edir və Allahı zikr edirdi. Tavus Yəməni də onların arasında idi və gözü bir cavana dəydi. Zirəkliklə dostlarına dedi: “Mən bu cavanı tanıyıram. Onu sınamaq istəyirəm, məni bu oyunda tək qoymayın”. Hamı toplaşdı və cavana tərəf hərəkət etdilər. (Tebyan/Deyerler.org/)

İki rükət namazını qılıb kənarda insanların suallarına cavab verirdi. İnsanlar dəstə-dəstə gəlir və suallarını verirdilər. Tavus öz-özündə düşündü: “Ona elə sual verim ki, cavab verə bilməsin”. Üzünü cavana çevirdi və dedi: “De görüm hansı zaman idi ki, insanların üçdə biri həlak olmuşdular?”.

Cavan aram səslə dedi: “Ey Əbdurrəhman! Üçdə biri deyildi, bəlkə dördə biri idi”.

Tavus dedi: “Bəli, haqlısan, indi de görüm hansı zaman idi?”.

Cavan dedi: “Bu hadisə o zaman baş vermişdi ki, Yer üzündə olan cəmiyyət Həzrət Adəm (ə), Həvva, Qabil və Habil idi. Qabil qardaşını öldürür, halbuki o zamanda Habil cəmiyyətin dördə birini təşkil edirdi”.

Tavus dedi: “Niyə Adəmi (ə) belə adlandırıblar?”.

Cavan dedi: “Çünki onun xəmir mayası yer üzündə olan torpaqdan götürülmüşdür”.

Tavus soruşur: “O nədir ki, azalır və çoxalır? Bir başqası nədir ki, çoxalır, ancaq azalmır? O nədir ki, azalır, ancaq çoxalmır?”.

Cavan dedi: “O şey ki, azalır və çoxalır – səmadakı Aydır. O şey ki, çoxalır, ancaq azalmır – dəniz suyudur. O şey ki, azalır, ancaq çoxalmır – insan ömrüdür”.

Tavus bu cavabları gözləmirdi və bütün bu sualları doğru cavablandırdığı üçün o, başını aşağı salır və dostları ondan soruşurlar: “Tavus, de görək bu cavan kimdir?”.

O, məğlub olmuş halda deyir: “Bütün elmləri açandır”.

Bəli, bu cavan İmam Baqir (ə) idi. Allah hamıdan daha yaxşı bilir ki, elmini kimdə qərar versin.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir