14-Məsum (Əhli-Beyt)İmam Muhəmməd Baqir (ə)

İmam Baqir əleyhissəlamın həyatı barədə qısa mə’lumat


İmam Baqir əleyhissəlamın həyatı barədə qısa mə’lumat

İmam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.[1] Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cə’fər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş,[2] məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur.

İmam Baqir əleyhissəlamın müasiri olmuş xəlifələr

Aşağıda adları çəkilmiş xəlifələr İmam Baqir əleyhissəlamın İmaməti dövründə onun müasiri olmuşlar:

Vəlid ibn Əbdülməlik (86-96 h.q);

Süleyman ibn Əbdülməlik (96-99 h.q);

Ömər ibn Əbdüləziz (99-101 h.q);

Yezid ibn Əbdülməlik (101-105 h.q);

Hişam ibn Əbdülməlik (105-125 h.q);

Bu xəlifələrin hamısı Ömər ibn Əbdüləziz istisna olmaqla (o, nisbətən ədalətli və Peyğəmbər ailəsinə mehriban idi) zalım olmuş, zülm və haqsızlıqda heç də ata-babalarından geri qalmamış, xüsusən də, İmam Baqir əleyhissəlama çox zülm etmişlər.

Elmi inqilabın banisi

İmam Məhəmməd Baqir (əleyhissəlam) öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cə’fər Sadiq əleyhissəlamın İmaməti dövründə tə’sis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (əleyhissəlam) elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tə’rifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (əleyhissəlam), İmam Hüseyn əleyhissəlamın övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.[3] O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən istifadə edirdilər. Cabir ibn Yezid Cü’fi, Kisan Sicistani,[4] həmçinin, İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş.

Sünni məzhəbinin ən mö’təbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mö’təbər qaynaqlarından olan Müvəttəi-Malik, Sünəni-Əbu Davud, Müsnədi-Əbu Hənifə, Müsnədi-Mərvəzi, Təfsiri-Nəqqaş, Təfsiri-Zəməxşəri (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqir əleyhissəlamın mə’nalı sözləri ilə doludur və onların hər yerində “Məhəmməd ibn Əli (İmam Baqir (əleyhissəlam)) buyurmuşdur” yaxud “Məhəmməd Baqir (əleyhissəlam) buyurmuşdur” ifadəsi gözə dəyir.[5]

Şiə kitabları da, müxtəlif sahələrdə İmam Baqir əleyhissəlamın rəvayət və hədisləri ilə doludur. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edər.

İmam Baqir (əleyhissəlam) alimlər baxımından

İmam Baqir əleyhissəlamın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı həll edən) ləqəbi almışdı.

İbn Həcər Heytəmi yazır: “Məhəmməd Baqir (əleyhissəlam) maarifin gizli dəfinələrini taparaq o qədər elmləri aşkar etmiş, həmçinin, əhkam və hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan etmişdi ki, bu məsələ bəsirət sahibi olmayan, ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də, onu elmləri yarıb özündə cəmləşdirən, elm bayrağını ucaldan adlandırmışlar.”[6]

İmam Baqir əleyhissəlamın dövründə yaşamış görkəmli alim və böyük şəxsiyyət Abdullah ibn Əta deyir: “Mən İslam alimlərini heç bir məclisdə Məhəmməd ibn Əli əleyhissəlamın məclisindəki qədər elmi cəhətdən kiçik və aşağı səviyyədə görmədim. Elm və şəriət hökmlərində bütün aləmdə tanınan Həkəm ibn Üteybəni Məhəmməd Baqir əleyhissəlamın hüzurunda yüksəkrütbəli müəllim qarşısında diz çöküb əyləşən, onun şəxsiyyət və sözlərinə heyran qalan bir uşaq (şagird) kimi gördüm.”[7]

İmam Baqir (əleyhissəlam) öz sözlərində adətən Qur’an ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu: “Dediyim hər hansı məsələni məndən soruşsanız ki, bu, Qur’anın harasındadır, mən o məsələyə aid olan ayəni sizə göstərərəm.”[8]

İmam Baqir (əleyhissəlam) məktəbinin şagirdləri

İmam Baqir (əleyhissəlam) fiqh, hədis, təfsir və sair İslami elmlər sahəsində seçilmiş şagirdlər yetirmişdir. Onların hər biri böyük elmi şəxsiyyət hesab olunurdu. Məhəmməd ibn Müslim, Zürarə ibn Ə’yün, Əbu Bəsir, Büreyd ibn Müaviyə Əcli, Cabir ibn Yezid, Həmran ibn Ə’yun, Hişam ibn Salim kimi dahi şəxsiyyətlər İmam Baqir əleyhissəlamın yetirmələri olmuşlar. İmam Sadiq (əleyhissəlam) buyurardı: Bizim məktəbi  atamın hədislərini dörd nəfər dirçəltdiO dörd nəfər Zürarə, Əbu Bəsir, Məhəmməd ibn Müslim  Büreyd ibn Müaviyə Əcli olmuşdurƏgər bunlar olmasaydı, bir nəfər din limatı  Peyğəmbər məktəbindən istifadə edə bilməzdiBu neçə nəfər dinin gözətçiləri olmuşdurOnlar dövrümüzdə yaşayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslər olmuş, Qiyamətdə  hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar.”[9]

İmam Baqir əleyhissəlamın şagirdləri öz dövrlərinin fəqih və hədisçilərinin başbilənləri olmuş, elmi mübarizə meydanında qeyri–şiə fəqih və qazılarından üstün idilər.

[1] “Üsuli-kafi”, c. 1, sәh. 469; “İrşad”, Şeyx Müfid, sәh. 262; “E`lamül Vәra”, Tәbәrsi, sәh. 264.

[2] Hәmin mәnbәlәr.

[3] Əl-İrşad, sәh.261.

[4] Bu iki nәfәr Peyğәmbәr (sәllәllahu әleyhi vә alih) şәxsәn görmәmiş, lakin Peyğәmbәr (sәllәllahu әleyhi vә alih) sәhabәlәrini görmüşdülәr. Yә᾽ni tabeinlәrdәn idilәr.

[5] Mәnaqibi Ali-Əbu Talib, c.4, sәh.195.

[6] Əs-Sәvaiqül-mühriqә, sәh.201.

[7] Tәzkirәtül-xәvas, sәh.337; Əl-Bidayәtu vәn-nihayә, c.9, sәh.311.

[8] Ehticac, sәh.176.

[9] İxtiyari-mә’rifәtir-rical, sәh.136-137.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir