Hicri təqvimi ilə 212-ci il, rəcəb ayının 2-ci günü, imamət və vilayətin parlaq ulduzu imam Hadi (ə) Mədinə şəhərinin yaxınlığında, “Sürəyya” kəndində dümyaya göz açdı. (Vəqayeül-əyyam, s. 311)
Onun əziz atası imam Cavad (ə), anası isə böyük şəxsiyyətli, dəyərli xanım, Səmanə idi. İmam Hadi (ə) anası haqqında belə deyir: “Anam, Haqq arifi və cənnət əhlidir. Azğın şeytan ona yaxın gəlmir, Allah onu qoruyur. O sədaqətli və saleh analar zümərsində sayılır.” (Dəlayilül-imamə, s. 216)
Onuncu imamın künyəsi, Əbülhəsən idi. Ona üçüncü Əbülhəsən də deyirdilər. O həzrətin ləqəbləri aşağıdakılardan ibarətdir: Nəqi, Hadi, Alim, Əmin, Təyyib, Mömin və Nasihdir. Onlardan ən məşhurlar Nəqi və Hadidir.
Unutmaq lazım deyil ki, imam Əli Ən-Nəqinin (ə) təvəllüdü daha məşhur rəvayətə əsasən hicri təqvimi ilə 212- il, zilhiccə ayının on beşinə təsadüf edir.
İmam Hadinin (ə) təvəllüdü
Oxşar yazılıar
Axmaqların siyahısı:
1). Allaha və haqq cəbhəsinə qarşı vuruşanlar. (Tarix sübut edib ki, Allaha və haqqa qarşı döyüşənlər sonda məğlub olublar, amma müasir axmaqlar bundan heç bir nəticə çıxarmırlar və bütün enerjilərini…
İMAM ƏLİNİN (Ə) HƏYATI
Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, boya-başa çatdığı və təlim-tərbiyə…

