14-Məsum (Əhli-Beyt)İmam Hüseyn (ə)

İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə

İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
.İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
1- Qurani-Kərimin 19-cu surəsi “Məryəm” surəsidir. Bu surədə xanım Məryəmin həyatı və məqamları barədə geniş məlumatlar olduğu üçün surə onun adına adlandırılmışdır.

2- Məryəm surəsinin 1-ci ayəsi “Müqəttəə” hərfləri ilə başlayır. Müqəttəə sözünün mənası “ayrı-ayrı”, “hissə-hissə” mənalarındadır. Ərəb dili hərflərinin əlifba şəkilində oxunmasına “müqəttəə” deyilir. Məsələn: 36-cı surə Yasin surəsidir. Bu surə Y və S hərfləri ilə başlayır. Y ərəb əlifbasında “ya”, S isə ərəb əlifbasında “sin” adlanır. Yasin surəsini oxuyanda ys deyilmir, “ya” “sin” oxunur. Bu cür oxunuşa “müqəttəə” hərfləri deyirlər.

3- Qurani-Kərimdə mövcud olan 114 surənin 29-u müqəttəə hərləri ilə başlayır. O surələrin biri də “Məryəm” surəsidir. Məryəm surəsi ərəb əlifbasının 5 hərifi ilə başlayır.

كهيعص

“Kaf” “Ha” “Ya” “Əyn” “Sad” (yəni – K-H-Y-Ə-S )

4- Səd ibn İbrahim əl-Qummi deyir:
Mən Samirra şəhərinə imam Həsən Əskəri əleyhissalam ilə görüşməyə getmişdim. İmama dedim: Ya İmam, mənə Məryəm surəsinin 1-ci ayəsindəki 5 hərfin mənasını izah edin. İmam Həsən Əskəri əleyhissalam buyurdu: -Bunu mənim oğlumdan soruş. Məndən sonra o, sizin imamınız olacaqdır.
Bu vaxt 5 yaşlı uşaq gördüm. İmam Həsən Əskəri əleyhissalam buyurdu: -Bu mənim oğlum Mehdi əleyhissalamdır. Sualını soruş.
Mən dedim: Ya İmam, mənə Məryəm surəsinin 1-ci ayəsindəki 5 hərfin mənasını izah edin.
İmam Mehdi əleyhissalam buyurdu:
” O hərflər, yəni Kaf Ha Ya Əyn Sad hərfləri qeybi xəbərlərdəndir.
Xanım Məryəmi tərbiyə edən Zəkəriyya peyğəmbər Allah Taaladan istədi ki, Adəm peyğəmbəri və bir çox peyğəmbərin adlarını çəkdikləri 5 kimsənənin adlarını ona desin.
Allah Taala buyurdu: Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn.
Zəkəriyya peyğəmbər bir-bir o adları tələffüz etməyə başladı və dedi:

-İlahi, mən Məhəmməd, Əli, Fatimə, Həsən adlarını deyəndə qəlbim şad və sevinç içində olurdu, amma Hüseyn adını çəkəndə gözlərim yaşardı, qəlbim qəm-qüssə ilə doldu. Bunun səbəbi nədir?

Allah Taala buyurdu: Hüseyn(ə) sonuncu və ən fəzilətli peyğəmbər olan Məhəmmdin(s) övladıdır. Onu Kərbəlada faciəli şəkildə şəhid edəcəklər.
Onda Allah Taala bu hərləri nazil etdi, həzət Zəkəriyyaya və buyurdu:
Kaf (K) yəni Kərbəla, Ha (H) yəni onlar həlak olacaqlar, Ya yəni Yezid adlı zalımın əmri ilə, Əyn (Ə) yəni ətşan və susuz halda, Sad (S) yəni onlar bütün əzab və əziyyətlərə Məna xatir Səbr edəcəklər.
Ona görədir ki, sən Hüseynin adını çəkəndə qəmləndin, gözlərin yaşardı.
Zəkəriyya peyğəmbər dedi:

-İlahi, mənə də bir oğul ver ki, o da imam Hüseyn əleyhissalama oxşasın. Onun kimi olsun.

Allah Taala həzərt Zəkəriyya peyğəmbərin duasını qəbul etdi, və ona Yəhya peyğəmbəri bəxş etdi. Yəhya peyğəmbər yer üzündə Allahın dinini inamla yaymağa başladı. Zalım və zinakar padşahın əmri ilə Yəhyanı əzab və əziyyətlə öldürdülər, başını kəsib zalım padşaha apardılar…

Allah Taala imam Hüseyn əleyhissalam xatirinə bizləri kamil imanlı möminlərdən qərar versin. Bu dünyada 14 məsumun ziyarətlərini, Axirətdə isə şəfaətlərini nəsib etsin.

Rza Əzizoğlu İrəvani

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir