Siqətul-İslam Şeyx Məhəmməd bin Yəqub Kuleyninin qələmə aldığı “əl-Kafi” adlı dəyərli hədis məcmuəsində Həzrət İmam Hüseynin (ə) hər gün, olmasa həftədə bir dəfə, olmasa ayda bir dəfə, o da olmasa ildə bir dəfə və heç olmasa ömürdə bir dəfə ziyarətinin təkid edildiyini yetirən bir hədis nəql edilib ki, bu hədis Həzrət İmam Hüseynin (ə) ziyarətinin İslami dini və məzhəbimiz üçün necə də əhəmiyyətli olduğunu yetirir. Həmin hədisi sizin diqqətinizə çatdırırıq.
Hədisin sənədi
مُحَمَّدُ بْنُ يَحْيى، عَنْ سَلَمَةَ بْنِ الْخَطَّابِ، عَنْ عَبْدِ اللَّهِ بْنِ الْخَطَّابِ، عَن عَبْدِ اللَّهِ بْنِ مُحَمَّدِ بْنِ سِنَانٍ، عَنْ مَنِيعٍ (بن الحجاج)، عَنْ يُونُسَ بْنِ عَبْدِ الرَّحْمنِ، عَنْ حَنَانٍ، عَنْ أَبِيهِ.
Məhəmməd ibn Yəhya nəql edir Sələmət bin əl-Xəttabdan, o da Abdullah bin əl-Xəttabdan, o da Abdullah bin Məhəmməd bin Sinandan – (Abdullah bin Məhəmməd əl-Yəmani olmalıdır əslində), o da Məniidən (bəzi nüsxələrdə “Müsmə” yazılıb ki, səhv olduğu ehtimal edilir), o da Yunis ibn Əbdür-Rəhmandan, o da Hənnandan, o da atası Sədirdən.
Hədisin mətni
Sədir deyir: İmam Sadiq (ə) mənə buyurdu ki, ey Sədir, İmam Hüseynin (ə) qəbrini hər gün ziyarət edirsən?
قَالَ: قَال أَبُو عَبْدِ اللَّهِ عَلَيْهِ السَّلَامُ: «يَا سَدِيرُ، تَزُورُ قَبْرَ الْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ فِي كُلِّ يَوْمٍ؟»
قُلْتُ: جُعِلْتُ فِدَاكَ، لَا.
Dedim: Sənə qurban olum, ağa! Xeyr.
قَالَ: «فَمَا أَجْفَاكُمْ!»
İmam Sadiq (ə) buyurdu: Siz necə də cəfakarsız!
قَالَ: «فَتَزُورُونَهُ فِي كُلِّ جُمْعَةٍ؟»
Sonra buyurdu: Belə isə hər Cümə günü ziyarət edirsiz?
قُلْتُ: لَا.
Dedim: Xeyr, ağa.
قَالَ: «فَتَزُورُونَهُ فِي كُلِّ شَهْرٍ؟»
Yenə buyurdu: Belə isə ayda bir dəfə ziyarət edirsiz?
قُلْتُ: لَا.
Dedim: Xeyr, ağa.
قَالَ: «فَتَزُورُونَهُ فِي كُلِّ سَنَةٍ؟»
İmam (təəccüblə yenidən) buyurdu: Onda (yəqin ki, heç olmasa,) ildə bir dəfə ziyarət edirsiniz?
قُلْتُ: قَدْ يَكُونُ ذلِكَ.
Dedim: Bəli, bəzən belə olur – (yəni bəzi illərdə bir dəfə ziyarət edirik).
قَالَ: «يَا سَدِيرُ، مَا أَجْفَاكُمْ لِلْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ، أَمَا عَلِمْتَ أَنَّ لِلَّهِ- عَزَّ وَ جَلَّ- أَلْفَ أَلْف مَلَكٍ شُعْثٌ غُبْرٌ، يَبْكُونَ، وَ يَزُورُونَ، لَايَفْتُرُونَ.
İmam (ə) buyurdu: Ey Sədir! Siz Hüseynə (ə) qarşı necə də cəfakarsınız! Bilmirsən ki, Allah-Taala saçları pərişan və toza bulaşmış min-min mələk yaradıb və onlar İmam Hüseynə (ə) ağlayırlar, onu ziyarət edirlər və bu işdən yorulmurlar.
وَ مَا عَلَيْكَ يَا سَدِيرُ أَن تَزُورَ قَبْرَ الْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ فِي كُلِّ جُمْعَةٍ خَمْسَ مَرَّاتٍ، وَ فِي كُلِّ يَوْمٍ مَرَّةً؟».
İmam sonra buyurdu: Nə olub sənə ey Sədir?! Nə üçün İmam Hüseynin (ə) qəbrini hər Cümə günü beş dəfə və (digər günlərdə) hər gün bir dəfə ziyarət etmirsən?!
قُلْتُ: جُعِلْتُ فِدَاكَ، إِنَّ بَيْنَنَا وَ بَيْنَهُ فَرَاسِخَ كَثِيرَةً.
Dedim: Sənə qurban olum, ağa, İmam Hüseynin (ə) məzarı ilə bizim aramızda çoxlu fərsəxlər var – (yəni məsafə uzaqdır və kilometrlər yol var).
فَقَالَ لِي: «اصْعَدْ فَوْقَ سَطْحِكَ (دارک)، ثُمَّ تَلْتَفِتُ (التفت) يُمْنَةً وَ يُسْرَةً، ثُمَّ تَرْفَعُ رَأْسَكَ إِلَى السَّمَاءِ، ثُمَّ تَنْحُو (انح او تتحری) نَحْوَ الْقَبْرِ، وَ تَقُولُ: “السَّلَامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ، السَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ”، تُكْتَبُ لَكَ زَوْرَةٌ، وَ الزَّوْرَةُ حَجَّةٌ وَ عُمْرَةٌ».
İmam (ə) mənə buyurdu: Evinin damına çıx (yəni hündür bir yerə çıx), sonra sağa və sola bax. Sonra İmam Hüseynin (ə) məzarı səmtinə (Kərbəlaya tərəf) dön və üzünü səmaya tutaraq de: “əs-Səlamu Ələykə ya Əba Əbdillah, əs-Səlamu ələykə və rəhmətullahi və bərəkatuhu”. Bununla sənə İmam Hüseynin (ə) ziyarəti savabı, həmçinin Həcc və Ümrə savabı yazılacaqdır.
قَالَ سَدِيرٌ: فَرُبَّمَا فَعَلْتُ ذلِكَ فِي الشَّهْرِ أَكْثَرَ مِنْ عِشْرِينَ مَرَّةً.
Sədir dedi: Mən bunu çox vaxtlar hər ayda iyirmi dəfədən çox edirəm.”
*Hədisin sənədi güclüdür və səhihə yaxındır. Və mənbə baxımından da şiə hədis qaynlarının ən mötəbər kitablarında keçmişdir.
Hədisin mənbələri:
Şeyx Kuleyni, “əl-Kafi”, c.9, s.348, hədis: 8/8198.
Şeyx Səduq, “Mən la yəhzuruhul-fəqih”, c.2, s.599, hədis:3203.
Şeyx Tusi, “Təhzibul-Əhkam”, c.6, s.116, hədis:21.
t.me/mirmehemmed_beshir