Bizim aramızda adətdi ki, İmam Zamanın (af) adı gəldikdə ayağa durub əlimizi başımızın üstünə qoyuruq.
Ola bilsin ki, bizim çoxlarımız bunun İmam Rza (ə) tərəfindən rəvayət edildiyini eşitməmişik.
Bu əməl İmam Rzanın (ə) həyat tərzində görsənir. Belə ki, İmam Rzanın (ə) yanında “Qaim” kəlməsi deyildikdə o əlini başına qoyar, təvazökarlıqla ayağa durar və fərəc üçün dua edərdi:
وَضَعَ الرّضا یدَهُ عَلی رَاسِهِ و تَواضَعَ قائماً و دَعا لَه بِالفَرَج
Sonra isə buyurardı:
اللّهُمَ عَجِّل فَرَجَهُ و سَهِّل مَخرَجَهُ
“Ey Allah, onun fərəcində və zühurunda tələs və zühurun yolunu asanlaşdır”.
Əlbəttə, burada ola bilsin belə bir sual ortaya çıxsın: niyə görə başqa imamların adı gəldikdə bu əməl edilməzdi?
Səbəbi bundan ibarətdir ki, yalnız Həzrəti Mehdiyə (af) ehtiram xarakteri daşınmayan bu əməldə başqa bir iş də var idi. O da bundan ibarət idi ki, ayağa durub əli başa qoyub dua etmək qiyama hazır olmağın bir nişanəsi idi. Yəni Həzrəti Mehdi (af) qiyam edib ümumdünyəvi dövlət yaratdıqda biz də ayağa durub hazırlıq nişanəsi olaraq öz dəstəyimizi veririk. (shabestan)