İmam Rzanın (s) mövlud münasibətilə əziz həmvətənlərimizə və oxucularımıza təbrik edirik və o Həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) vəfat tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində vəfat etdiyini qeyd etmişlər. Hansı ayda vəfat etdiyinə gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında vəfat etdiyini söyləmişlər. Növbəxti o Həzrətin vəfat gününün Səfər ayının sonuncu gün olduğunu qeyd etmişdir. O Həzrətin anası Xeyzəran adlanırdı. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər. (“Əl-əimmətu isna əşər”, c.2, səh.342.) İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə gedərək 202-ci və yaxud 203-cü ilin Səfər ayında şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir. İmam Rza (ə) Harunun dövründə 183-cü hicri ilində İmam Kazim (ə) Harunun əmri ilə Bağdad zindanında zəhərlənib şəhid olduqdan sonra İmam Rza (ə) İmam olduğu müddətin on ilini Harunun hakimiyyəti dövründə yaşamışdır. Bu müddət Harunun özbaşınalıq və azğınlıq mühiti olması ilə yanaşı, həm də İmam Rzanın (ə) nisbətən azad yaşadığı və elmi-mədəni fəaliyyəti dövrü hesab olunur. Çünki Harun bu müddət ərzində o Həzrətə toxunmamış və İmam Rza (ə) açıq şəkildə fəaliyyət aparmışdır. Buna görə də, o Həzrətin yetirdiyi şagirdlər, islami elmlər ocağında təlim etdiyi Quran həqiqətləri və İslam maarifi də, məhz bu dövrə təsadüf edir. Harunun təzyiqləri azaldaraq İmam Rzanı (ə) nisbətən azad buraxmasının səbəbi, bəlkə də, onun İmam Kazimi (ə) qətl etdiyini ört-basdır etməsi ilə əlaqədardır. Harun bu böyük cinayətin üstünü örtməyə çalışsa da, məsələnin üstü açılır və camaatda ona qarşı böyük nifrət hissi oyanır. Buna görə də, Harun bir təhər özünə bəraət qazandırmaq istəyirdi.
İmam Rzanın (ə) həyatına qısa bir baxış
Oxşar yazılıar
Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı
(Rəbiül-əvvəl ayının 10-u – hicrətdən 27 il öncə) İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq: Tarixi mənbələrdə İslam Peyğəmbərinin…
Əzadar klassiklərimizi tanıyırıqmı?
Əzadar klassiklərimizi tanıyırıqmı? Aradan 14 əsr keçməsinə baxmayaraq, “Kərbəla müsibəti” və “İmam Hüseynin (ə) qiyamı”nın mahiyyəti öz təzəlik və təravətini itirməmiş və sanki dünən yaşanmış bir faciə kimi yaddaşlara, zehinlərə…