İmam Əli (ə) bir gün Kufəyə tərəf hərəkət edir. Bir kafir ilə yol yoldaşı olur. Həmin kişi İmamdan (ə) soruşur ki, hara gedirsən? İmam (ə) cavab verir ki, Kufəyə gedirəm. O zaman ki, iki yol ayrıcına gəlib çatırlar, bir-birindən ayrılmaq istəyirlər, İmam (ə) öz yolundan xaric olur və onun yolu ilə getməyə başlayır.
Kafir kişi deyir: “Məgər Kufəyə getmirsən?”.
İmam (ə) buyurur: “Bəli, Kufəyə gedirəm”.
Kişi deyir: “Bəs niyə Kufə yolunu buraxdın?”.
İmam (ə) buyurur: “Bu, gözəl yoldaşlığın kamalıdır ki, yol yoldaşını bir neçə addım ötürəsən. Bu, Peyğəmbərin (s) bizə verdiyi göstərişdir”.
Kişi deyir: “Sizin Peyğəmbər (s) belə göstəriş veribdir?”.
İmam (ə) buyurur: “Bəli”.
Kişi deyir: “Deməli, hər kim onun ardıcılı olubdur, bu böyük rəftarına görə olmuşdur. Mən səni şahid tuturam ki, sənin dininin ardıcılı olum”.
Bu zaman İmamla (ə) birlikdə Kufəyə gəlir və onu tanıyan zaman İslam dinini qəbul edir.
Məgər Kufəyə getmirsən?
Oxşar yazılıar
Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam
Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və həyat tərzi ilə az da olsa, tanış olaq:…
İMAM SADİQİN (Ə) HƏYATI
İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında ikən Mənsur Dəvaniqinin xilafəti…

