14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

“Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?

Həzrət buyurdu: “Məryəm” surəsinin 96-cı ayəsində oxuyuruq:

 

اِنَّ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمنُ وُدّاً

“İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.”

 

Əhli-sünnənin bir çox hədis və təfsir kitablarında bu ayənin izahı ilə bağlı Peyğəmbərə (s) istinad edilən çoxlu sayda hədislər var. Bu, onu göstərir ki, ayə ilk növbədə həzrət Əli (ə) haqqında nazil olub.

Əllamə Zəməxşəri “Kəşşaf”, Sibt ibn Covzi “Təzkirə” kitabında, Gənci, Şafei, Qurtubi özlərinin məşhur təfsirlərində, Muhubiddin Təbəri “Zəxairul-uqba” kitabında, Nişaburi məşhur təfsirində, İbn Səbbağ Maliki “Fusulul-muhimmə”, Süyuti “Durrul-mənsur”, Heysəmi “Səvaiqul-muhriqə”, Alusi “Ruhul-məani” kitabında bu ayənin təfsiri haqqında çoxlu sayda hədis yazıblar.

 

1. Sələbi öz təfsirində Bərra ibn Azibdən nəql edir ki, Allahın Rəsulu (s) həzrət Əliyə (ə) buyurdu:

 

قُلِ اللّهُمَّ اجْعَلْ لِى عِنْدَکَ عَهْداً، وَ اجْعَلْ لِى فِى قُلُوبِ الْمُوْمِنِیْنَ مَوَدَّهً، فَاَنْزَلَ اللّهُ تَعالى اِنَّ الَّذِیْنَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ اللرَّحْمنُ وُدّاً

 

“De ki, ey Allah, mənim üçün öz yanında bir əhd müəyyən elə, mənim məhəbbətimi möminlərin qəlbinə sal.” Bu zaman “İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.” ayəsi nazil oldu. (1)

Başqa kitablarda bu hədis bir qədər fərqli şəkildə qeyd olunub.

 

2. İslam dünyasına aid kitabların bir çoxunda İbn Abbasdan nəql olunub:

 

نُزِّلَتْ فِى عَلِىِّ بْنِ اَبِیْطالِب اِنَّ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمنُ وُدّا قالَ: مَحَبَّهً فِى قُلُوبِ الْمُوْمِنِیْنَ

 

Yəni, “İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.” ayəsi Əli ibn Əbi Talib haqqında nazil olub. (2)

 

3. “Səvaiq” kitabında Məhəmməd ibn Hənifə ayənin təfsiri barədə yazır:

 

لایَبْقى مُوْمِنٌ اِلاّ وَ فِى قَلْبِهِ وُدٌّا لِعَلِىٍّ وَ لاِهْلِبَیْتِهِ

“Elə bir imanlı şəxs tapılmaz ki, onun qəlbində həzrət Əli (ə) və onun Əhli-beytinin (ə) məhəbbəti olmasın.” (3)

 

4. Ola bilsin ki, bu səbəbdən səhih və mötəbər bir rəvayətdə Əmirəl-möminin Əlidən (ə) belə nəlq olunub:

 

لَوْ ضَرَبْتُ خَیْشُومَ الْمُوْمِنِ بِسَیْفِى هذا عَلى اَنْ یُبْغِضَنِی ما اَبْغَضَنِى وَ لَوْ صَبَبْتُ الدُّنْیا بِجَمّاتِها عَلَى الْمُنافِقِ عَلى اَنْ یُحِبَّنِى ما اَحَبَّنِى وَ ذلِکَ اَنَّهُ قُضِىَ فَانْقَضَى عَلى لِسانِ النَّبِىِّ الاْ ُمِّىِّ(صلى الله علیه وآله) اَنَّهُ قالَ لایُبْغِضُکَ مُوْمِنٌ وَ لایُحِبُّکَ مُنافِقٌ

 

”Əgər bu qılıncımla (qılıncın qəbzəsi və arxası ilə) mənə düşmən olsun deyə möminin burnuna vursam, heç vaxt düşmən olmayacaq. Məni sevsin deyə bütün dünyanı (nemətlərini) münafiqə versəm, sevməyəcək. Bu, ona görədir ki, Peyğəmbər (s) qəti bir hökm kimi mənə buyurdu: Ey Əli! Heç bir mömin sənə düşmən olmaz və heç bir münafiq sənin məhəbbətini qəlbində yerləşdirməz.” (4)

 

5. İmam Sadiqə (ə) aid bir hədisdə oxuyuruq:

“Peyğəmbər (s) namazının sonunda camaatın eşidə biləcəyi uca bir səslə Əmirəl-möminin Əli (ə) üçün belə dua etdi:

 

اَللّهُمَّ هَبْ لِعَلِىٍّ الْمَوَدَّهَ فِى صُدُورِ الْمُوْمِنِیْنَ، وَ الْهَیْبَهَ وَ الْعَظَمَهَ فِى صُدُورِ الْمُنافِقِیْنَ فَاَنْزَلَ اللّهُ اِنَّ الَّذِینَ آمَنُوا… ”

 

“Ey Allah, Əlinin (ə) məhəbbətini möminlərin ürəyində yerləşdir, onun heybət və əzəmətini münafiqlərin qəlbinə sal!”

Bu zaman yuxarıdakı sözügedən ayə nazil oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir