Həzrət Əlinin (ə) fəzilətini düşmənlər də inkar edə bilməmişdir. Hətta hiyləgər Əmr As da həzrətin tərifində qəsidələr yazmışdır:
Ona çəkdiyimiz dağlar üzündən
Cəhənnəmdə yanasıyıq sən və mən.
Ən məşhur sünni təfsirçilərindən olan Carullah Zəməxşəri yazır: «Qüdsi hədisdə Allah-təala buyurur: «Əliyə (ə) itaət edən şəxs mənə itaət etməmiş olsa da, onu behiştə daxil edərəm. Əliyə (ə) itaətsizlik göstərən şəxs mənə itaət etsə də, onu cəhənnəmə ataram». Hənbəli firqəsinin qabaqcılı olan Əhməd ibn Hənbəl deyir: «Həzrət Əliyə (ə) nəsib olan fəzilətlər Peyğəmbər səhabələrindən kimsəyə nəsib olmamışdır».
Məşhur ingilis tədqiqatçısı Karlayl deyir: «Bizim onu dost bilməkdən, hətta sevməkdən başqa çarəmiz yoxdur».