14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

Məşhur ingilis tədqiqatçısı Karlayl İmam Əli (ə) haqda nə deyib?

Bu ilahi nuru min bir hiylə ilə söndürməyə çalışdılar
Böyük mötəzilə alimi «Nəhcül-bəlağə»nin şərhində deyir: «Fəziləti və üstünlüyü alimlər tərəfindən etiraf olunmuş bir şəxs haqqında nə deyim? Kimsə onun fəzilətini pərdələyə bilmədi. Bu ilahi nuru min bir hiylə ilə söndürməyə çalışdılar. Ona görə də həqiqətləri təhrif etdilər, onda eyb axtardılar. Hətta minbərlərdən ona lənət oxudular. Onu dustaq edib, şəhadətə yetirdilər.».
Həzrət Əlinin (ə) fəzilətini düşmənlər də inkar edə bilməmişdir. Hətta hiyləgər Əmr As da həzrətin tərifində qəsidələr yazmışdır:

Ona çəkdiyimiz dağlar üzündən
Cəhənnəmdə yanasıyıq sən və mən.

Ən məşhur sünni təfsirçilərindən olan Carullah Zəməxşəri yazır: «Qüdsi hədisdə Allah-təala buyurur: «Əliyə (ə) itaət edən şəxs mənə itaət etməmiş olsa da, onu behiştə daxil edərəm. Əliyə (ə) itaətsizlik göstərən şəxs mənə itaət etsə də, onu cəhənnəmə ataram». Hənbəli firqəsinin qabaqcılı olan Əhməd ibn Hənbəl deyir: «Həzrət Əliyə (ə) nəsib olan fəzilətlər Peyğəmbər səhabələrindən kimsəyə nəsib olmamışdır».
Məşhur ingilis tədqiqatçısı Karlayl deyir: «Bizim onu dost bilməkdən, hətta sevməkdən başqa çarəmiz yoxdur».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir