Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#239

BİRİNCİ FƏSİL Ziyarətin ədəb qaydaları

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

قَالُوا غَدا نَأْتِي دِيَارَ الْحِمَى
وَ يَنْزِلُ الرَّكْبُ بِمَغْنَاهُمُ
فَكُلُّ مَنْ كَانَ مُطِيعا لَهُمْ
أَصْبَحَ مَسْرُورا بِلُقْيَاهُمُ
قُلْتُ فَلِي ذَنْبٌ فَمَا حِيلَتِي
بِأَيِّ وَجْهٍ أَتَلَقَّاهُمُ
قَالُوا أَ لَيْسَ الْعَفْوُ مِنْ شَأْنِهِمْ
لا سِيَّمَا عَمَّنْ تَرَجَّاهُمُ
فَجِئْتُهُمْ أَسْعَى إِلَى بَابِهِمْ
أَرْجُوهُمُ طَوْرا وَ أَخْشَاهُمُ

وَ مِنْ حَدِيثِ كَرْبَلا وَ الْكَعْبَةِ
لِكَرْبَلا بَانَ عُلُوُّ الرُّتْبَةِ
وَ غَيْرُهَا مِنْ سَائِرِ الْمَشَاهِدِ
أَمْثَالُهَا بِالنَّقْلِ ذِي الشَّوَاهِدِ
وَ رَاعِ فِيهِنَّ اقْتِرَابَ الرَّمْسِ
وَ آثِرِ الصَّلاةَ عِنْدَ الرَّأْسِ
وَ صَلِّ خَلْفَ الْقَبْرِ فَالصَّحِيحُ
كَغَيْرِهِ فِي نَدْبِهَا صَرِيحٌ
وَ الْفَرْقُ بَيْنَ هَذِهِ الْقُبُورِ
وَ غَيْرِهَا كَالنُّورِ فَوْقَ الطُّورِ
فَالسَّعْيُ لِلصَّلاةِ عِنْدَهَا نُدِبَ
وَ قُرْبُهَا بَلِ اللُّصُوقُ قَدْ طُلِبَ


يَا أَهْلَ الْعِرَاقِ نُبِّئْتُ أَنَّ نِسَاءَكُمْ يُوَافِينَ الرِّجَالَ فِي الطَّرِيقِ أَ مَا تَسْتَحْيُونَ
و قال لَعَنَ اللَّهُ مَنْ لا يَغَارُ و في الفقيه روى الأصبغ بن نباتة عن أمير المؤمنين عليه السلام قال سمعته يقول: يَظْهَرُ فِي آخِرِ الزَّمَانِ وَ اقْتِرَابِ السَّاعَةِ وَ هُوَ شَرُّ الْأَزْمِنَةِ نِسْوَةٌ كَاشِفَاتٌ عَارِيَاتٌ مُتَبَرِّجَاتٌ مِنَ الدِّينِ دَاخِلاتٌ فِي الْفِتَنِ مَائِلاتٌ إِلَى الشَّهَوَاتِ مُسْرِعَاتٌ إِلَى اللَّذَّاتِ مُسْتَحِلاتُ الْمُحَرَّمَاتِ فِي جَهَنَّمَ خَالِدَاتٌ

Oxunuşu / Transkripsiya və İzahı

Bunlar həddindən artıq çoxdur. Biz burada onların bir hissəsini qeyd edirik;
1. Səfərə çıxmazdan əvvəl qüsl almaq.
2. Boş və bihudə söhbətləri tərk etmək, mücadilədən çəkinmək.
3. Hər bir imam üçün ayrıca qüsl almaq və hər bir imama aid olan duanı oxumaq. (Bunlar “Varis” ziyarətinin əvvəlində gələcəkdir.)
4. Böyük və kiçik hədəsdən (ayaqyoluna getmək)pak olmaq.
5. Təmiz və təzə geyimlər geyinmək. Yaxşı olar ki, ağ rəngdə olsun.
6. Müqəddəs yerlərə gedərkən addımları qısa, vüqarla, xuşu və xuzu ilə atmaq. Başı aşağı salmaq, o yan-bu yanana diqqət yetirməmək.
7. İmam Hüseyn (ə)-ın ziyarətində başqa bütün ziyarətlərdə özünü ətirli etmək.
8. Ziyarətgahlara gedərkən dilində “Əllahu Əkbər”, “Əlhəmdu lillah”, “Subhanəllah” və s. kimi zikrləri olmaq. Çoxlu salavat çevirmək və ağızı ətirli etmək.
9. Ziyarətgahın darvazasında dayanıb daxilolma izni istəmək. Kövrəlməyə, Allahın qüdrət və əzəmətini dərk edib təsəvvür etməyə səy elə və bilməlisən ki, bu məqbərənin, hərəmin sahibi səni eşidir, görür, səni duyur və sənin salamlarını cavabsız qoymur. Bunların hamısına ziyarət edən şəxs daxilolma iznini oxumaqla şəhadət verir. İmamların bizə göstərdiyi lütf və məhəbbətdə fikirləşmək, onlara, onların yaxınlarına qarşı etdiyimiz pis əməllərə acımaq. Əgər həqiqətən bunları fikirləşsə, ayaqları daha yol gedə bilməz, qəlbinə qorxu düşər və gözləri yaşla dolar. Ədəb qaydasının ən əsası budur.
Burada yaxşı olar ki, biz Səxavinin şeirini və Əllamə Məclisinin “Biharul-ənvar”da “Uyunul-mucizat” kitabından nəql etdiyi hədisi burada gətirək. Səxavinin şeiri belədir:
Dedilər: “Sabah onların toxunulmaz diyarına çatacağıq.” Karvan əmin-amanlıq mənzilinə daxil olur. Şəhərin rəhbəri sübh çağı onları görcək sevinib şad olacaq. Mən dedim: “Mən günahkaram, bəs, mənim çarəm nədir və hansı üzlə onların görüşünə gedim?” Dedilər: “Onların səciyyəsi onlara ümid bəsləyən şəxsi bağışlamaq deyilmi?” Bu zaman gah onlara ümid etdiyim, gah da onlardan qorxduğum halda, onların olduqları evin qapısına doğru tələsdim və onların hüzuruna getdim!
Amma deyilən hədisdə əhvalat belə olmuşdur: “İbrahim Cəmmal adlı bir şiə Əli ibn Yəqtinin hüzuruna getmək istəyir. İbrahim Cəmmal dəvə otaran, Əli ibn Yəqtin isə Harunər-Rəşidin vəziri olduğundan, İbrahim Cəmmalı Əli ibn Yəqtinin təşkil etdiyi məclisə buraxmırlar. Təsadüfən, elə həmin ildə Əli ibn Yəqtin həccə gedib, Mədinədə imam Musa ibn Cəfər (ə)-ı görmək istədikdə, İmam (ə) ona görüş icazəsi vermir. İkinci gün, Əli ibn Yəqtin evin qapısı arxasında İmamı görüb deyir: “Ey mənim sərvərim! Günahım nədir ki, məni görüşünüzə buraxmırsınız?” İmam (ə) buyurur: “Səbəbi budur ki, qardaşın İbrahim Cəmmalı məclisinə buraxmadın. Buna görə də İbrahim Cəmmal səni bağışlamayınca, Allah taala sənin həccini qəbul etməyəcəkdir.” Əli ibn Yəqtin deyir ki, mən o həzrətə dedim: “Ey mənim sərvərim! Axı mən indi İbrahimi necə görə bilərəm? Mən Mədinədəyəm, o isə Kufədədir!” İmam buyurdu: “Gecə vaxtı (dostlarından və xidmət¬çi¬lə¬rin¬dən heç kimi aparmadan) tək-tənha “Bəqi” qəbiris¬tanlığına gedib, orada bir dəvə görəcəksən. Həmin dəvəyə minib, Kufəyə gedərsən.” Əli ibn Yəqtin həmin “Bəqi” qəbiristanlığına gedib, həmin dəvəyə mindi və qısa vaxt ərzində Kufədə İbrahim Cəmmalın evinin qapısı arxasında hazır oldu. Dəvəni yatızdırıb, qapını döydü. İbrahim: “Kimdir?” – dedikdə, Əli ibn Yəqtin dedi: “Mənəm, Əli ibn Yəqtin!” İbrahim Cəmmal dedi: “Sənin burada nə işin vardır?” Əli ibn Yəqtin dedi: “Eşiyə çıx, səninlə mühüm bir işim var!” Nəhayət, Əli ibn Yəqtin, İbrahim Cəmmala and verdi ki, evə girmək üçün ona icazə versin. Əli ibn Yəqtin evə daxil olub dedi: “Ey İbrahim! İmamın buyurduğuna görə, sən məni bağışlamayınca, Allah taala mənim həccimi, əməllərimi qəbul etməyəcək.” İbrahim dedi: “Allah səni bağışlasın!” Bundan sonra Əli ibn Yəqtin üzünü torpağa qoyub, İbrahimə and verdi ki, ayağı ilə onun üzünü tapdalasın. Lakin İbrahim bu işi görməkdən imtina etdikdə, Əli ibn Yəqtin yenə də and verdi. Nəhayət, İbrahim Cəmmal ayağını onun üzünə qoydu və Əli ibn Yəqtinin qürurunu üzünü tapdalamaqla sındırdı. Bu zaman Əli ibn Yəqtin deyirdi: “İlahi! Özün şahid ol!” Əli ibn Yəqtin, İbrahimin evindən çıxıb, dəvəyə mindi və elə həmin gecə də Mədinəyə qayıtdı. Beləliklə, imam Musa ibn Cəfər (ə)-ın hüzuruna gedib, o həzrətdən görüş icazəsi istədi və Həzrət ona icazə verdi.
Bu rəvayəti mülahizə etdikdə, müsəlman qardaşların bir-birlərinin üzərindəki hüquqları insana aydın olur.
10. Zərihi və qəbiri öpmək. Şeyx Şəhid yazır: “Əgər ziyarət edən Allaha onu bu müqəddəs məkana nail etdiyinə görə, şükür etmək məqsədilə səcdə etsə, daha yaxşı olar.
11. Hərəmə sağ ayaqla daxil olmaq və hərəmdən çıxarkən sol ayaqla çıxmaq.
12. Zərihə (qəbirə) yaxınlaşıb, özünü ona yapışdırmaq. Zərihdən yapışmamağı və uzaqda durmağı ədəb qaydalarından güman etmək tam yanlış bir düşüncədir. Çünki hədislərdə göstərilir ki, zərihdən yapışın və onu öpün.
13. Ziyarət zamanı üzü qəbrə tutmaq, arxa qibləyə tərəf durmaq. Zahirən, bu ədəb (və ziyarət) qaydası yalnız məsumlara aiddir. Ziyarətdən sonra sağ üzü zərihə qoyub, ağlaya-ağlaya dua et. Daha sonra sol üzü qoy, Allahı qəbir sahibinin haqqına and verərək, onu özünün şəfaətçi qərar verdiyini istə, bir sözlə çoxlu dua et. Ondan sonra qəbrin baş tərəfində üzü qibləyə dur və dua et.
14. Ziyarət vaxtı zəiflik, bel və ayaq ağrısı kimi, bir üzr olmazsa, ayaq üstə durmaq.
15. Qəbri gördükdə, ziyarətdən öncə təkbir (Əllahu Əkbər) demək. Rəvayətdə buyurulur ki, hər kim imamın hüzurunda təkbir və “La ilahə illəllahu vəhdəhu la şərikə ləh!” – desə, onun üçün Allahın böyük Rizvanı (behişt) yazılar.
16. Məsum imamlardan nəql olunan düzgün ziyarətləri oxumaq və bəzi avam və nadanların özlərindən buyurduqları ziyarətləri tərk etmək. Şeyx Kuleyni, Əbdürrəhim Qəsirin belə dediyini nəql etmişdir: “Bir gün imam Sadiq (ə)-ın hüzuruna gedib dedim: “Sənə qurban olum! Özümdən bir dua demişəm.” İmam buyurdu: “Onu oxuma. Hər vaxt bir hacətin olsa, həzrət Peyğəmbəri-Əkrəm (s)-ə pənah aparıb, iki rükət namaz qıl və o həzrətə hədiyyə et.”
17. Ziyarət namazı qılmaq. Ziyarət namazı ən azı iki rükətdir. Şeyx Şəhid yazır: “Peyğəmbəri-Əkrəm (s)-i ziyarət etsən, namazı o həzrətin pak hərəmində qıl. Əgər imamlardan birini ziyarət etsən, ziyarət namazını qəbrin baş tərəfində qıl. Əlbəttə, namazı hərəmin məscidində də qılmaq olar.” Əllamə Məclisi yazır: “Mənim nəzərimə görə, ziyarət və digər namazları qəbrin baş və ayaq tərəflərində qılmaq daha yaxşıdır.” Əllamə Bəhrül-Ülum da özünün “Durrə” adlı kitabında belə yazır:
Kərbəla və Kəbə hədisindən Kərbəlanın yüksək məqamı aydın olur. Bir çox rəvayətlərdə göstərilən şahidlərə əsasən, ondan başqa ziyarətgahlar da onun kimidir. Onların qəbrinə yaxınlaşdıqda, ədəb qaydalarını gözlə və qəbrin baş tərəfində namaz qıl. Qəbrin arxa tərəfində də namaz qıl ki, həmin yerdə qılınan namaz düzgündür. Hədislərdə həmin yerdə namaz qılmaq açıq-aşkar qeyd edilir. Bu qəbirlərin digər qəbirlərdən üstünlüyü dağın başında parlayan çırağı xatırlayır. Odur ki, onların kənarında namaz qılmaq və qəbirdən yapışıb hacət diləmək müstəhəbdir.
18. (Əgər ziyarət etdiyin məsum üçün xüsusi ziyarət namazı nəql olunmayıbsa,) ziyarət namazının birinci rükətində “Yasin”, ikinci rükətində isə “Ərrəhman” surələrini və namazdan sonra nəql olunan duaları oxuyun və yaxud Allahdan din və dünyanızla əlaqədar yadınıza düşən hacətlərinizi diləyin, duaları ümumi şəkildə edin, çünki belə dualar tez qəbul olunar.
19. Şeyx Şəhid yazır: “Hər kim hərəmə daxil olub, camaat namazının bərpa olunduğunu görsə, ziyarətdən əvvəl namaz qılsın. Həmçinin, ziyarət əsnasında namazın vaxtı çatsa, ziyarəti tərk edib, namaza başlasın, əks təqdirdə, əvvəlcə ziyarət müstəhəbdir. Çünki ziyarətçinin son məqsədi məhz ziyarətdir. Hərəmin nəzarətçisinə camaatı namaza əmr etmək haramdır.
20. Şeyx Şəhid zərihin yanında Quran tilavət edib, onu zərih sahibinə hədiyyə etməyi ziyarətin qayda-qanunlarından hesab etmişdir. Ziyarət edən şəxs belə edərsə, onun savabı özünə qayıdar.
21. Nalayiq, yaramaz, bihudə və boş-boş sözləri, həmişə və hər yerdə pislənən, qəlbə qəsavət gətirən, ruzinin qarşısını alan dünyəvi söhbətləri tərk etmək.
22. “Hədiyyətuz-zairin” kitabında nəql olunduğu kimi, ziyarət vaxtı səsi ucaltmaq olmaz.
23. Şəhərdən çıxmaq istədikdə, imamla nəql olunan vida dualarını oxumaqla vidalaşmaq.
24. Tövbə etmək, Allahdan günahlarının bağışlanmasını diləmək, eləcə də ziyarətdən sonra əvvəlki çirkin əməl və rəftarını tərk etmək.
25. İmkan daxilində hərəmin xidmətçilərinə yardım və infaq etmək. Layiq budur ki, hərəmin xidmətçiləri xeyirxah, dindar və mürüvvətli, ziyarətçilərin kobud hərəkətlərinə qarşı dözümlü olsun, qəzəblərini söndürsün, onlara qarşı sərt davranmasın, möhtacların istəklərini yerinə yetirsin, qəriblərə yol göstərsinlər. Bir sözlə, hərəmin xadimləri doğruluqla məşğul olsunlar, zəvvarlara xidmət göstərsinlər və s.
26. İmam (ə)-ın dəfn olunduğu şəhərdəki yoxsullara, fəqirlərə, xüsusilə, qərib və yoxsul olan seyidlərə, elm əhlinə, həmişə Allahın şüarlarını yayanlara kömək etmək.
27. Şeyx Şəhid yazır: Ziyarətin qaydalarından biri də ziyarətin ləzzətini dərk etdiyi vaxtda, hərəmdən çıxmağa tələsməkdir ki, yenidən hərəmə qayıtmaq şövqü onun vücudunda daha da artsın.” Həmçinin yazır: “Qadınlar ziyarət zamanı öz yerlərini kişilərdən ayırsınlar və təklikdə ziyarət etsinlər. Onların gecə vaxtı ziyarətə getmələri, eləcə də bər-bəzəkli, cəlbedici libaslar geyinməməkləri daha yaxşıdır. Ziyarətə gizli getsinlər ki, kimsə onları görməsin və tanımasın. Əlbəttə, kişilərlə də birlikdə ziyarət edə bilərlər, lakin bu, məkruhdur.
Müəllif deyir: “Bu kəlamlardan başa düşülür ki, qadınların ziyarət məqsədilə bərbəzəkli, nəfis və qiymətli libaslarla evlərindən çıxaraq, naməhrəmlərin diqqətini özünə cəlb və onları narahat etmələri, zərihi ziyarət edərkən özlərini onlara yapışdırmaları, yaxud kişilərin önündə durub ziyarətlə məşğul olmaqla camaatın, ibadət edənlərin, zəvvarların, razü-niyaz edənlərin fikirlərini yayındırmaları daha məzəmmətli işlərdəndir. Həqiqətdə, qadınların ziyarət zamanı belə işlərlə məşğul olmaları şəriətdə pislənmişdir və onların ziyarəti ibadət sayılmaz. İmam Sadiqdən(ə) nəql olunur ki, həzrət Əmirəl-möminin Əli(ə) İraq camaatına belə buyurdu:
“Mənə xəbər yetişib ki, sizin qadınlarınız yolda kişilərlə (naməhrəmlərlə) görüşürlər, heç xəcalət çəkmirsiniz?! Allah həya etməyən şəxslərə lənət eləsin.”
“Fəqih” kitabında Əsbəğ ibn Nəbatə Əmirəl-möminin Əlinin(ə) belə buyurduğunu nəql edir:- “Axiruz-zamanda və Qiyamət yaxınlaşdıqda, ən ris zəmanədə açıq-saçıq gəzən, lüt-üryan bəzənmiş, dindən xaric olmuş, fitnədə üzən, şəhvətə meylli, ləzzətə tələsən, haramları halal edən və cəhənnəm atəşində həmişəlik yanan qadınlar peyda olacaq.”
28. Yaxşı olar ki, zuvvar çox olanda zərihə yaxın olanlar başqalarına ziyarət etməyə imkan yaratsınlar və kənara çəkilsinlər. Onlar da zərihin fezindən bəhrəsiz qalmasınlar.
Müəllif deyir: “Biz İmam Hüseynin(ə) ziyarətnamələri fəslinda o həzrətin zairlərinin riayət edəcək ədəb və qaydaları bəyan edəcəyik.

Azərbaycan Dili Tərcüməsi

Qalu ğədən nə`ti diyarəl hima
Və yənzilur rəkbu biməğnahum.
Fəkullu mən kanə mutiən ləhum
Əsbəhə məsrurən biluqyahum.
Qultu fəli zənbun fəma hiyləti
Biəyyi vəchin ətələqqahum.
Qalu ələysəl əfvu min şə`nihim
La siyyəma əmmən tərəccahum.
Fəci`tuhum əs`a ila babihim
Ərcuhum təvrən və əxşahum.

Və min hədisi Kərbəla vəl Kə`bəti
Li Kərbəla banə uluvvur rutbəti.
Və ğəyruha min sairil məşahidi
Əmsaluha bin nəqli ziş şəvahidi.
Vərai fihinnəqtirabər rəmsi
Vasiris səlatə indər rə`si.
Və səlli xəlfəl qəbri fəs səhihu
Kəğəyrihi fi nədbiha sərihu.
Vəl fərqu bəynə hazihil quburi
Və ğəyriha kən nuri fəvqət Turi.
Fəssə`yu lissəlati indəha nudib
Və qurbuha bəlil lusuqu qəd tulib.
Əvvəlki: #238. Müqəddimə Səfərə çıxmağın ədəb və qaydaları Bütün Dualar ↑ Növbəti: #240. İKİNCİ FƏSİL Müqəddəs hərəmlərə daxil olma izni Birinci daxil olma izni